single

Babək filialı

Baku Medical Plaza klinikalar şəbəkəsinin missiyası beynəlxalq standartlara tam uyğun yüksək səviyyəli tibbi xidmət servisini təşkil etməkdən ibarətdir.

Tibbin ən son nailiyyətlərindən, müasir texnologiyalardan istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərmək;

Müalicə məqsədilə xarici ölkələrə gedən xəstələrin vətənimizdə indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər almalarını təmin etmək;

Sizə özəl xidmətlərini təqdim etməkdədir.

2011-ci ildən Babək filialının yaradılması ilə fəaliyyətə başlayan klinikamız beynalxalq standartlara uyğun sağlamlıq xidmətini ölkəmizə gətirmək üçün qurulmuşdur. Son illərdə gedərək artan tələbi qarşılamaq məqsədi ilə klinikaya edilən investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanası olmasını təmin edir.

Bu gün çatdığımız nöqtədə 25000 m2 qapalı sahədə 200 yataq, 25 Reanimasiya yatağı, laminar hava axını ilə təchiz olunmuş 15 əməliyyat otağı və 5 doğumxanası, doğulan uşaqlar üçün 25 küveyzlik Reanimasiya ilə xidmət veririk. Önümüzdəki dövrdə dünyadakı ən irəli standartları hədəfləyərək verdiyimiz xidmətləri inkşaf etdirməyi davam edəcəyik. Ən yüksək səviyyədə tibbi xidmətlər, xaricdə təhsil alan və xaricdən dəvət olunan həkim heyəti, yüksək tibb servisi və ən üstün tibbi avadanlıqlar ilə xaricdə müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.

BMP Qadın və Uşaq sağlamlıq mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi, riskli hamiləliklərin təqibi, hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar kimi bir çox sahədə xidmət verməkdəyik. Əsasən ginekoloji əməliyatlardan sonra yaranmış fəsadların və sidikqaçırma kimi çətin problemlərin müalicəsi xəstəxanamızda edilməkdədir. Həmçinin BMP Qadın və Uşaq sağlamlıq mərkəzində Pediatriya və Neonatologiya şöbəsi xidmət göstərməkdədir. Təzə istifadəyə verilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş VİP pediatriya stasionarında 9 tək nəfərlik VİP otağı xidmətinizdədir. Stasionarın işıqlı otaqlarında TV, mikroklima havalandırma sistemi, tualet və hamam otağı, ananın uşağın yanında qalması üçün rahat yataq, yemək masası, dolab və s. vardır. Bundan əlavə olaraq analar üçün şöbədə xüsusi bir mətbəx təşkil edilmişdir.

Yenidoğulmuşlar reanimasiya və intensiv terapiya şöbəsində olan körpələr 24 saat ərzində mütəxəssis həkimlər və tibb bacıları tərəfindən nəzarət olunurlar. Şöbəmizdə ağır reanimasiya tədbirlərinə ehtiyacı olan yenidoğulmuşlar üçün nəzərdə tutulmuş bir reanimasiya zalı, infeksiya şöbəsi olan yenidoğulmuşlar üçün bir izolyator otağı və evə yazılmadan əvvəl sağlamlığa doğru gedən körpələrə ayrılmış bir otaqdan ibarətdir. Hər otaq ən müasir avadanlıq və bütün lazımlı tibbi avadanlıq və lazımi dərmanlar ilə təchiz olunmuşdur.

Babək filialı haqqında ümumi məlumat:
  • 19000 m2 qapalı sahə
  • 140 yataq: ( 10 reanimasiya, 60 zahılıq, 40 cərrahiyyə, 20 ginekologiya, 10 ümumi pediatr)
  • 90 tək nəfərlik otaq
  • 40 poliklinika otağı
  • 7 laminar hava axımlı əməliyyatxana
  • 3 doğumxana
Tibbi avadanlıqlar:
  • 1.5 tesla MRT
  • 16 slice KT
  • Digital rentgen
  • Portabl rentgen
  • 17 ədəd USM
  • 2 ədəd c kollu (skopi)
  • 2 ədəd Qastroskopiya
  • 2 ədəd Kolonoskopiya
  • 2 ədəd Bronxoskopiya
  • Pnomatik daş qırma (uroloji)
  • 3 endoskopik stoyka (artroskopiya/ FESS/ Laparoskopiya)
  • 35 ədəd küveyz
Xəstə və yaxınlarınln hüquq və öhdəkikləri
  • Xəstə və yaxınlarınln hüquq və öhdəkikləri
  • Xəstə müalicə dövründə yazılı müraciəti ilə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
  • Xəstə və xəstə yaxınları xəstəxanamızda verilən xidmətlər haqqında pulsuz məlumat ala bilər.
  • Xəstə aldığı müalicə haqqında məlumat ala bilər.
  • Xəstəxanamızda olduğu müddətdə xəstə aldığı müalicə, keçdiyi müayinə və laborator müayinələrin nəticələrinin surətini götürə bilər.
  • Xəstə xəstəxanaya ödədiyi məbləğin açıqlanmış şəkildə fakturasını tələb edə bilər.
  • Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir.
Xəstəxana qaydaları
  • Xəstə planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yarana biləcək fəsadlar həkim tərəfindən xəstəyə açıqlanır, xəstə təkid edərsə bu zaman bütün məsuliyyət xəstəyə aid olur.
  • Tək nəfərlik və VİP otaqlar istisna olmaqla xəstəyə kənardan qida məmulatlarının, eləcə də gül buketlərinin gətirilməsi qadağandır.
  • Şöbələrə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməməyiniz xahiş olunur, əks halda itən əşyalarınıza xəstəxana cavabdeh deyil.
  • Görüş zamanı otağa 2 nəfər daxil ola bilər.
  • Saat 22:00-dan öncə olan yatışlar növbəti gün saat 11:00-da 1 gün sayılır. Saat hesablanarkən təcili yardima daxil olma vaxtı əsas götürülür.
  • Xəstə yanında gecə qalacaq yaxınlarına veriləcək yemək və çay ödənilən məbləğə daxildir. Ekstra istəklər kafedən ödənişlə təmin edilir. Servis kafedən otağa nağd ödənişlə verilir.
  • Xəstə yaxınının otaqda qalma müddəti səhər saat 11:00-da bitmək şərti ilə 1 gün hesablanacaqdır.
  • Əməliyyat sonrası geyiniləcək geyimlər xəstə tərəfindən gətirilməlidir. İstəkdən asılı olaraq əlavə ödəniş etməklə xəstəxana tərəfindən geyimlə təmin edilə bilər.
  • Əməliyyat sonrası ilkin sarğı ödənişsizdir, sonrakılar isə ödənişlidir.
  • Xəstəyə iş yerinə, universitetə və ya hər hansı bir yerə arayış, bülliten və ya klinikamıza aid sənəd verilməsi üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
  • Xəstəxana daxilində otaqlarda və palatalarda siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi qəti qadağandır.