Xəbərlər

İyul 05
2021
"Baku Medical Plaza"nın pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov Səhiyyə Nazirliyinin baş pediatrı təyin olunub.

Baku Medical Plaza klinikalar şəbəkəsinin Pediatriya və Neonatologiya, Yenidoğulmuşların Reanimasiyası şöbələrinin müdiri Dr. Erkin Rəhimov Səhiyyə Nazirliyinin baş pediatrı təyin olunub. Sahəsinin peşəkarı olan, pediatriya sahəsində gördüyü işlərlə hər zaman fərqlənən dəyərli həkimimizi bu uğuru münasibəti ilə təbrik edirik! 
Uzman pediatr Erkin Rəhimov 2007-ci ildə İstanbul Universiteti, Cərrahpaşa Tibb fakültəsinin məzunu olmuşdur. 2008-2012-ci illərdə İstanbul Universitetinin, İstanbul Tibb fakültəsində "Uşaq sağlamlığı və xəstəlikləri" kafedrasında uzmanlıq təhsili almışdır. 2012-2014-cü illərdə İstanbul “Memorial Hizmet” Xəstəxanasının Neonatologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən klinikamızın hər üç filialının Pediatriya və Neonatologiya şöbələrinin müdiri vəzifəsində çalışır. 2019-cu ildən Ə. Əliyev adına ADHTİ-nin pediatriya kaferasının asistenti olaraq fəaliyyət göstərir.