Xəbərlər

İyun 11
2021
Yeni texnologiya ilə sinə sümüyü kəsilmədən qapalı ÜRƏK ƏMƏLİYYATLARI

Ürək-damar cərrahı Uzm. Dr. Özgür Kocamaz: "Açıq ürək əməliyyatları uzun zamandır böyük texniki dəyişikliklər göstərmədi. Standart əməliyyatlar sinə sümüyü kəsilərək icra olunur. Sinə sümüyünün kəsilməsi bəzi ağırlaşmalara səbəb ola bilər. Sümüyün kəsilməsi böyük miqdarda qanaxmaya, qan itirilməsinə gətirib çıxara bilir. Döş sümüyünün bitişməsi uzun çəkdiyinə görə xəstələr bir neçə ay ancaq arxası üstə yatmaq məcburiyyətində qalırlar və bu da xəstələrdə kürək ağrısı, yuxu pozuntusu yaradır. Ən çox qorxduğumuz isə sinə sümüyünün bitişməməsi və infeksion ağırlaşmasıdır ki, uzun müddət stasionarda müalicə tələb edir və yüksək faiz ölümə səbəb olur. Son 3 ildə sinə sümüyü kəsilmədən edilməyə başlanan əməliyyatlar isə yuxarıda qqeyd olunan ağırlaşmalara çözüm oldu. Yeni texnologiya ilə artıq sinə sümüyü kəsilmədən bütün ürək əməliyyatlar klinikamızda icra olunur."

 

Ünvan: Nəsimi r-nu, M. Rəfili və R. Behbudov küç-nin kəsişdiyi 389 saylı məhəllə

Tel.: 055 448 13 59