Anesthesiology and Intensive Care

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Anesthesiology and Intensive Care

Baku Medical Plaza Xəstəxanasında müasir standartlara cavab verən “Anesteziologiya və Reanimasiya” şöbəsi fəaliyyət göstərir.

Əməliyyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması yüksək səviyyəli ixtisasalaşmış həkimlər tərəfindən, xəstənin fərdi xüsusiyyətlərindən asılı olmayaraq (yaşı, cinsi, çəkisi, döş qəfəsinin quruluşu, ağciyərin funksional vəziyyəti və s.) dünyada qəbul olunmuş anestezioloji protokollar əsasında beynəlxalq standartlara uyğun açıq və endoskopik əməliyyatları anesteziya həyata keçirməyə imkan verir.

Əməliyyat müddətində polifunksional monitorlar vasitəsilə xəstənin həyat göstəriciləri ciddi kontrolda saxlanılır. Anesteziya elminin  müasir tələblərinə cavab verən anestezioloji preparatların istifadəsi, yüksək səviyyəli anesteziya aparmağı, ağırlaşma faizinin minimuma endirilməsini, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasını, yekun olaraq xəstənin komfortunun və qısa reabilitasiya periodu keçib evə yazılmasını təmin edir.

Qeyd etdiyimiz kimi klinikamızın tibbi avadanlıq və preparatlarla təmin olunması sayəsində digər tibb müəsissələrinə icrası mümkün olmayan (Beyin, Torokal, Abdominal, Ginekoloji, Uroloji, Ortopedik) əməliyyatları uğurla həyata keçirməkdədir. Orta və kiçiik tibb personalımız xüsusi təcrübə keçib imtahanlar vermiş şəxlərdən ibarətdir.

Xəstə üçün anesteziya növünün secimi vacib amillərdən biridir. Bizim klinikada istifadə olunan anesteziyanın növləri: vena daxili anesteziya (larenqeal mask ilə), ümumi anesteziya və regionar anesteziya.  Ümumi anesteziya zamanı çətin intubasiyalarda KARL STORZ endoskopun köməyi ilə aparılır. Regionar anesteziya çox geniş istifadə olunur: epidural, spinal, sakral, kubital, lumbal bloklar, pereferik sinir blokları, aksillar blok və s. Keser əməliyyatı zamanı epidural anesteziya çox üstünlük verilir. Həmçinin reqionar anesteziya doguşlardada istifadə olunur.

Anesteziologiya şöbəsində çalışan mütəxəssislər periodik olaraq beynalxalq anestezioloji konfranslarda və simpoziumlarda iştirak edirlər və orada əldə etdikləri yeni müasir məlumatları öz gündəlik fəaliyyətində tətbiq edirlər.

XİDMƏTLƏR:

1. Venadaxili anesteziya

2. Umumi anesteziya

3. Regionar anesteziya (Spinal,Epidural, Periflik bloklar, Təbii doğuşun ağrısızlaşdırılması)

4. Alqologiya

5. Mərkəzi venaların kateterizasiyası

6. Torokal cərrahiyyədə selektiv intubasiya

7. Bronxoskopiya

Reanimasiya

Həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan hər bir xəstə kritik xəstə olaraq qəbul olunur. Reanimasiya - kritik xəstələrin saxlanıldığı və 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərildiyi bir şöbədir. Son illərdə texnologiyanın sürətli inkişafı tibb elminə, xüsusi ilə də Reanimasiya şöbəsinin işində nəzərə çarpacaq dərəcədə dəyişikliklər yaratmışdır.

Reanimasiya dünyada və ölkəmizdə gənc bir bölüm olmasına baxmayaraq, elm və texnoloji qazancların  tibbə uyğunlaşması əsasında çox qısa zamanda böyük nailiyyətlər əldə etmişdir. Bütün dünyada olduğu kimi aneztezioloqların rəhbərliyi ilə başlayan reanimasiya çalışmaları digər ixtisasları da cəlb etmişdir. Reanimasiyada süni tənəffüs aparatına ehtiyacı olan və xüsusi baxım tələb olunan xəstələr yatırılır. Reanimasiya tibbin elmi praktik bölməsi kimi 60 il əvvəl yaranmışdır. Bununla əlaqədar Avropa polimielit epidemiyası zamanı təsadüf olunan tənəffüs çatmazlığında yeni mübarizə tədbirləri işlənib hazırlanmış, patoloji fiziologiyanın, transplantologiyanın və s. sahələrin nailiyyətlərinə səbəb olmuşdur. Reanimasiya müasir texnikanın nailiyyətlərinə (orqanizmin funksional pozğunluğunu siqnalla xəbər verən yeni elektron aparatlar, tənəffüsü, qan dövranını tənzimləyən aparatlar və s.) əsaslanır.

BMP-nin Reanimasiya şöbəsi yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulmuşdur. Hər çarpayının başında tənəffüs aparatı cihazı və hər cür monitorizasiyaya uyğun monitorlar yerləşdirilmişdir.

Reanimasiya şöbəsinin mütəxəssis həkimləri xəstələrə xidmət göstərərkən, digər dar ixtisas həkimlərinin konsultasiyalarına da müraciət edirlər. Reanimasiya şöbəsində yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılmışdır. 

Reanimasiyamız 10 çarpayılı olub bunlardan 5-i İntensiv Terapiya çarpayısı və iki ədəd 1 çarpayılı “box” otaqlardan ibarətdir.

İntensiv terapiya şöbəsində isə eyni zamanda süni tənəffüs aparatına ehtiyacı olmayan və ya əməliyyatdan çıxan, qısa müddətdən sonra aparatdan ayrılacaq xəstələr, reanimasiyadan çıxa biləcək, ama normal stasionarda təqibi riskli olan xəstələr, ümumi vəziyyəti stabil olan nevrolojik xəstələr yatırılır. Eyni zamanda əməliyyat sonrası xəstələr də çox ağır və ya multitravmalı deyilsə burada yatırılır.

Dr. Salima Safarova
İxtisas Anesthesiologist-reanimatologist
Vəzifə Head of Department of Anesthesiology and Intensive Care
Xəstəxana BMP Medilux
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday
Dr. Rena Ahadova
İxtisas Anesthesiologist-reanimatologist
Vəzifə Anesthesiologist-reanimatologist
Xəstəxana BMP Medilux
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday
Dr. Oktay Shamilov
İxtisas Anesthesiologist-reanimatologist
Vəzifə Anesthesiologist-reanimatologist
Xəstəxana BMP Merkez
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday
Dr. Mirza Ibrahimov
İxtisas Anesthesiologist-reanimatologist
Vəzifə Anesthesiologist-reanimatologist
Xəstəxana BMP Medilux
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday
Dr. Kamal Guliyev
İxtisas Anesthesiologist-reanimatologist
Vəzifə Anesthesiologist-reanimatologist
Xəstəxana BMP Babek
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday
Dr. Elkhan Bashirov
İxtisas Therapist, anesthesiologist-resuscitator
Vəzifə Therapist, anesthesiologist-resuscitator, Head of the Intensive Care Unit
Xəstəxana BMP Merkez
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday
Dr. Jeyhun Yadigarov
İxtisas Doctor anesthesiologist - reanimatologist
Vəzifə Doctor anesthesiologist - reanimatologist
Xəstəxana BMP Babek
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday
Dr. Vusal Eyvazov
İxtisas Anesthesiologist-reanimatologist
Vəzifə Anesthesiologist-reanimatologist, Head of Anesthesiology and Intensive Care
Xəstəxana BMP Babek
İş günləri Monday , Tuesday , Wednesday , Thursday , Friday , Saturday