Xəstəxana qaydaları

XƏSTƏ VƏ YAXINLARININ HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
1.  Xəstə müalicə dövründə yazılı müraciəti ilə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
2.  Xəstə və xəstə yaxınları xəstəxanamızda verilən xidmətlər haqqında pulsuz məlumat ala bilər.
3.  Xəstə aldığı müalicə haqqında məlumat ala bilər.
4.  Xəstəxanamızda olduğu müddətdə xəstə aldığı müalicə, keçdiyi müayinə və laborator müayinələrin nəticələrinin surətini götürə bilər.
5.  Xəstə xəstəxanaya ödədiyi məbləğin açıqlanmış şəkildə fakturasını tələb edə bilər.
6.  Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna  malikdir.
 
XƏSTƏXANA QAYDALARI
1. Xəstə planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yarana biləcək fəsadlar həkim tərəfindən  xəstəyə açıqlanır, xəstə təkid edərsə bu zaman bütün məsuliyyət xəstəyə aid olur.
2. Tək nəfərlik və VİP otaqlar istisna olmaqla xəstəyə kənardan qida məmulatlarının, eləcə də gül buketlərinin gətirilməsi qadağandır.
3. Şöbələrə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməməyiniz xahiş olunur, əks halda itən əşyalarınıza xəstəxana cavabdeh deyil.
4. Xəstələrlə ziyarət saatları 18:30-20:30-dur (xəstənin qaldığı otaq tipinə görə bu dəyişə bilər)
5. Görüş zamanı otağa 2 nəfər daxil ola bilər.
6. Saat 22:00-dan öncə olan yatışlar növbəti gün saat 11:00-da 1 gün sayılır. Saat hesablanarkən təcili yardima daxil olma vaxtı əsas götürülür.
7. Xəstə yanında gecə qalacaq yaxınlarına veriləcək yemək və çay ödənilən məbləğə daxildir. Ekstra istəklər kafedən ödənişlə təmin edilir. Servis kafedən otağa nağd ödənişlə verilir.
8. Xəstə yaxınının otaqda qalma müddəti səhər saat 11:00-da bitmək şərti ilə 1 gün hesablanacaqdır.
9. Əməliyyat sonrası geyiniləcək geyimlər xəstə tərəfindən gətirilməlidir. İstəkdən asılı olaraq əlavə ödəniş etməklə xəstəxana tərəfindən  geyimlə təmin edilə bilər.
10. Əməliyyat sonrası ilkin sarğı ödənişsizdir, sonrakılar isə ödənişlidir.
11. Xəstəyə iş yerinə, universitetə və ya hər hansı bir yerə arayış, bülliten və ya klinikamıza aid sənəd verilməsi üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
12. Xəstəxana daxilində otaqlarda və palatalarda siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi qəti qadağandır.