Mərkəz filialı

Baku Medical Plaza sizə özəl xidmətlərini təqdim etməkdədir.

2011-ci ildən Babək filialınıın yaradılması ilə fəaliyyətə başlayan klinikamız beynalxalq standartlara uyğun saglıq xidmətini ölkəmizə gətirmək ücun qurulmuşdur. Son illərdə gedərək artan tələbi qarşılamaq məqsədi ilə klinikaya edilən investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanası olmasını təmin edir.

Baku Medical Plaza Mərkəz filialı 01.10.2013 ildə istismara verilmişdir.

Bu gün çatdığımız nöqtədə 25000 m2 qapalı sahədə 200 yataq, 25 Reanimasiya yatağı, laminar hava axını ilə təchiz olunmuş 15 əməliyyat otağı və 5 doğumxanası, doğulan uşaqlar üçün 25 küveyzlik Reanimasiya ilə xidmət veririk. Önümüzdəki dövrdə dünyadakı ən irəli standartları hədəfləyərək verdiyimiz xidmətləri inkişaf etdirməyi davam edəcəyik. Ən yüksək səviyyədə tibbi xidmətlər, xaricdə təhsil alan və xaricdən dəvət olunan həkimlər heyəti, yüksək tibb xidmət və ən üstün tibbi avadanlıqlar ilə xaricdə müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.

Baku Medical Plazanın Mərkəz filialında fəaliyyət göstərən Kardio Mərkəzində Bakının ən qabaqcıl angioqraf cihazı, tam təchiz olunmuş 2 ədəd açıq ürək əməliyyatxanasında hər növ ürək xəstəliklərinin əməliyyatı olunmaqdadır. 24 saat açıq olan angio laboratoriyasında infarkt xəstələrinə müdaxilə edilməkdədir. Müdaxilə olunan xəstələr üçün təcilli yardım daşınma xidməti pulsuzdur.  Radial angiografiya haqqında: klinikamızda angio bilək nəbz arterindən edilməkdə ballon və stend əməliyyatları edilir. Beləliklə, qanaxma riski olmadan xəstə qısa müddətdə evə yazılır.

BMP Qadın və Uşaq sağlamlıq mərkəzinnə ümumi qadın sağlamlığı, hamiləlik təqibi, riskli hamiləliklərin təqibi, hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar kimi bir çox sahədə xidmət verməkdəyik. Əsasən ginekoloji əməliyatlardan sonra yaranmış fəsadların və sidikqaçırma kimi  çətin probləmlərin müalicəsi xəstəxanamızda edilməkdədir.

Klinikamızın Qastroenteroloji Mərkəzində mədə barısaq xəstəlikləri, hepatitlər, ERCP kimi xəstəliklər müayinə olunur, qastroskopiya və kolonoskopiya olunur. Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı - Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müalicə olunmaqdadır. Ümumi cərrahiyyə mərkəzində hər cür Abdomen cərrahiyyəsi, endokrin cərrahiyyəsi, laparoskopik cərrahiyyə, təcili əməliyyatlar, xüsusilə laparoskopik cərrahiyə əhəmiyyətları edilir. LOR bölümü septoplastika, tonsil-adenoid əməliyyatları, qulaq və eşitmə problemləri əməliyatları, endoskopik sinus cərrahiyyəsi və.s. xidmətlərini göstərməkdədir. Trokal Cərrahiyyə bölümündə ağciyər kistaları, ağciyər şişləri,  bronxoskopik əməliyyatlar olunur.  BMP-də fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, qapalı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnömotik mühərrik sistemləri kimi irəli texnologiyadan istifadə edilməkdədir. Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid  xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə - hirsutizm və s.  xəstəliklər müalicə olunur. Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USG, Digital rentgen edilir. BMP Təcilli Yardım servisi iflic, koma, infarkt, qəzalar, travmalar, beyin qansızması, cərəyan vurması, həzm sistemi problemləri, tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.), yanıqlar ilə xəstələri qəbul edir.