Məqsədimiz

Baku Medical Plaza klinikalar şəbəkəsinin missiyası beynəlxalq standartlara tam uyğun yüksək səviyyəli tibbi xidmət servisini təşkil etməkdən ibarətdir. Əsas məqsədimiz:

  • Tibbin ən son nailiyyətlərindən, müasir  texnologiyalardan istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərmək;
  • Müalicə məqsədilə xarici ölkələrə gedən xəstələrin vətənimizdə  indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər almalarını təmin etmək;
  • Yüksək səviyyəli tibbi bilik və bacarığa malik milli tibbi kadrlar hazırlamaq.