Haqqımızda

Baku Medical Plaza Klinikalar şəbəkəsi sizə özəl xidmətlərini təqdim etməkdədir.

 

2011-ci ildə Babək filialının, 2013-cü ildə Mərkəz filialının yaradılması ilə fəaliyyət göstərən klinikamız beynəlxalq standartlara uyğun sağlıq xidmətini ölkəmizə gətirmək üçün qurulmuşdur. Klinikaya edilmiş investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanalarından biri olmasını təmin etmişdir.

 

Hazırda BMP-də  25000 m2 qapalı sahədə 200 stasionar  yataqlı, 30 yataqlı reanimasiyası, laminar hava axını ilə təchiz olunmuş 16 əməliyyat otağı, 5 doğumxana və yenidoğulmuşlar üçün 25 küveyzli Reanimasiya ilə tibbi xidmət verilir. Önümüzdəki dövrdə dünyada ən qabaqcıl standartları hədəfləyərək verdiyimiz xidmətləri inkişaf etdirməyi davam edəcəyik. Biz, xaricdə yüksək səviyyəli tibbi təhsil almış yerli həkimlər və tanınmış əcnəbi mütəxəssislər, yüksək tibbi xidmətimiz, müasir tibbi avadanlıqlarımız ilə ölkədən kənarda müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.

 

Baku Medical Plaza klinikalar şəbəkəsi sizə yüksək səviyyədə stasionar və ambulator xidmətlərini təqdim etməkdədir.

 

Klinikamızda fəaliyyət göstərən mərkəzlər haqqında qısa məlumatlar:

 

  • Baku Medical Plazanın Mərkəz filialında fəaliyyət göstərən Ürək Sağlamlıq Mərkəzində Bakının ən qabaqcıl angioqraf cihazı, tam təchiz olunmuş 2 ədəd açıq ürək əməliyyatxanasında  hər növ ürək əməliyyatları aparılır. Angio laboratoriyasında 24 saat ərzində infarkt xəstələrinə tibbi yardım göstərilir. Belə xəstələr üçün təcili yardım maşınlarında daşınma xidməti pulsuzdur. Ballon və Stent əməliyyatları əməliyyatları radial angio bilək nəbz arterindən aparılmaqla həyata keçirilir. Bu da qanaxma riski olmadan xəstənin qısa müddətdə evə buraxılmasına imkan yaradır;
  • BMP Qadın və Uşaq Sağlamlıq Mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi (o cümlədən riskli hamiləliklərin təqibi), hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar, belə əməliyyatlardan sonra yarana bilən mümkün fəsadların hərtərəfli müalicəsi aparılır;
  • Perinatoloji bölümdə riskli hamiləliklərin təqibi, genetik analizlər (ikili, üçlü və dördlü tarama testləri - Daun, Edvards və Patau sindromların aşıkar olunması), ətraflı USM və ana bətnində dölün müalicəsi həyata keçirilir;
  • Klinikamızda bütün zəruri avadanlıqlarla təchiz edilmiş Pediatriya və Neonatologiya şöbəsi, VİP pediatriya stasionarı xidmətinizdədir;
  • Yenidoğulmuşların Reanimasiyası və İntensiv Terapiya şöbəsi ən qabaqcıl tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, burada xaricdə yüksək səviyyəli təhsil almış və çalışmış təcrübəli mütəxəssislər tərəfindən xidmət göstərilir;
  • BMP-nin  Qadın və Kişi Sonsuzluğu Mərkəzində  kişi və qadın sonsuzluqlarının müalicəsi Türkiyənin məhşur Jinemed klinikası ilə birlikdə uğurla həyata keçirilməkdədir;
  • Qastroenteroloji Mərkəzdə mədə-bağırsaq, hepatit, ERCP xəstəlikləri müalicə olunur, qastroskopiya, bronxoskopiya və kolonoskopiya kimi müayinələr aparılır;
  • Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı - Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müayinə və müalicə olunmaqdadır;
  • Ümumi Cərrahiyyə Mərkəzində hər cür Abdomen, endokrin, laparoskopik cərrahiyyəsi, təcili  əməliyyatlar aparılır.
  • QBB bölümündə QBB cərrahiyyəsi, qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi aparılır, eşitmə problemləri əməliyyatları, endoskopik üsulla sinus cərrahiyyəsi və s. kimi xidmətlər göstərilməkdədir;
  • Torakal Cərrahiyyə bölümündə ağciyər kistaları, ağciyər şişləri,  bronxoskopik əməliyyatlar olunur;
  • BMP-də fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, bağlı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnevmotik mühərrik sistemləri kimi qabaqcıl texnologiyalardan istifadə edilməkdədir;
  • Klinikamızın Fizioterapiya və Reabilitasiya bölümündə ən müasir avadanlıqlar vasitəsi ilə müalicə olunur;
  • Uroloji bölümüzdə hər növ urolojik xəstəliklərin müayinə və müalicəsi, həmçinin uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir;
  • Ortopediya və Travmatologiya bölümündə oynaq, sümük xəstəliklərinin müalicəsi və əməliyyatları olunur, təcili yardım servisinə travmatoloji xəstələr qəbul olunur;
  • Klinikamızın hər iki filialında Damar cərrahiyyəsi şöbəsi xidmət göstərməkdərdir. Bölümdə damar xəstəliklərinin müalicəsi, əməliyyatları (skleroterapiya, lazer üsulu və s.) olunmaqdadır.
  • Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə bölümündə hər növ plastik və rekonstruktiv əməliyyatlar, saç əkimi, liposaksiya, abdomenoplastika və digər əməliyyatlar həyata keçirilir.
  • Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid  xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə - hirsutizm və s. xəstəliklər müalicə olunur.
  • Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USM, Digital rentgen vasitəsi ilə diaqnostika aparılır.
  • BMP Təcilli Yardım servisində iflic, koma, infarkt - ürək çatışmamazlığı, travmalar (o cümlədən qəza sonrası), beyin qansızması, cərəyan vurması, həzm və tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.) aparılır, ilkin neonatal və pediatrik yardım göstərilir.
  • Türkiyənin məhşur Kalyon Laboratoriyalar şəbəkəsi ilə müştərək fəaliyyət göstərən Laboratoriyamızda 24 saat ərzində tam avtomatlaşdırılmış müasir cihazlar vasitəsi ilə hər növ analizlər aparılır, cavabların alınması üçün e-nəticə sistemi fəaliyyət göstərir.

 

 

 

Baku Medical Plaza ilə sağlam yaşayın!