Xəbərlər

Fevral 15
2021
Əkiz övladları şəhid olan ana "Baku Medical Plazada" pulsuz əməliyyat olundu
Baku Medical Plazanın travmatoloq-ortoped cərrahı Vüsal Mahmudov Mailə ananın hər iki diz oynağında təmənnasız olaraq replantasiya əməliyyatı aparıb.
 
Həkim bildirib ki, pasient hər iki diz oynağının deformasiyaedici artrozu diaqnozu ilə əməliyyat edilib: "Bizə müraciət edərkən xəstənin hər iki diz oynağında qığırdaq toxumaları tamamilə yeyilib aşınmış, amortizasiya xüsusiyyətini itirmişdi. Xəstə həm yeriyə bilmir, həm də dizini tam aça bilmirdi. Bu zaman vurulan iynələr, qəbul edilən dərmanlar müvəqqəti xarakter daşıyır və heç bir müsbət nəticə vermir. Ona görə də cərrahi əməliyyatın aparılması zəruri idi. Lakin pasientin kardioloji problemləri olduğu üçün əməliyyatı icra etmək çox riskli idi. Buna baxmayaraq, anesteziologiya komandamızla birlikdə bu əməliyyatın icrasına qərar verdik və müvəffəqiyyətlə icra edərək eyni vaxtda xəstənin hər iki diz oynağında replantasiya əməliyyatı apardıq. Artıq pasientin rahat hərəkəti bərpa olunub. İki oğlunu Vətənə qurban verən qəhrəman anaya xidmət etmək bizim üçün şərəfdir".