Xəbərlər

Oktyabr 01
2020
HƏR ŞEY VƏTƏN ÜÇÜN!

27 sentyabrda başlamış düşmən təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin və mülki vətəndaşlarımızın müalicəsinə dəstək üçün hazırda klinikamızın yüksək ixtisaslı həkim heyəti - travmatoloqlar, ümumi cərrahlar, torakal cərrahlar, damar cərrahı, pulmonoloq, infeksionist, anestezioloqlar, reanimatoloqlar və digər yüksək ixtisaslı həkimlərimiz cəbhə boyu ərazilərdəki klinikalarda könüllü olaraq xidmət edirlər. Yüksək ixtisaslı həkimlərimizlə yanaşı peşəkar orta tibb personalımız da böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulmuşlar.

Eyni zamanda həkimlərimizin apardıqları cərrahi əməliyyatlar üçün gündəlik zəruri tibbi ləvazimat yardımı göndərməklə Baku Medical Plaza klinikasının kollektivi olaraq əsgər və zabitlərimizin qazandıqları uğurlara dəstəyimizi bu cür göstərməyi özümüzə borc bilirik. Ordumuzun həyata keçirdiyi əməliyyatlar və qazanılan uğurlar hər kəs kimi bizi də qürurlandırır və bu çətin günlərdə cəbhəyə könüllü xidmətə yollanan tibbi heyətimizlə, həmçinin ön cəbhədə vuruşan digər əməkdaşlarımızla fəxr edirik.   

Digər özəl klinikaları da bizim təşəbbüsümüzə qoşularaq eyni şəkildə ordumuza dəstək olmağa çağırırıq.

Qısa zamanda qələbə xəbərləri eşidəcəyimizə, torpaqlarımızın düşmən işğalından azad olunacağına əminliyimizi ifadə edirik!

Biz birlikdə güclüyük!

YAŞASIN QÜRDRƏTLİ AZƏRBAYCAN ORDUSU!

BİZ ZƏFƏR ÇALACAĞIQ!