Xəbərlər

İyul 15
2019
" Qohum nigahı və onun fəsadları məni narahat edir"

Mətanət xanım, necə oldu ki, həkim oldunuz?
 

- 1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profkaktika fakültəsinə (rus bölməsinə) qəbul oldum.Oranı bitirdikdən sonra Dəmir Yol Xəstəxanasında 14 il mama-ginekoloq işlədim. Yeddi ildir ki, Baku Medikal Plazada cərrah mama-ginekoloq işləyirəm. Onu da qeyd edim ki, almanların Bakıda təşkil etdikləri homotoksikologiya kursunda beş il iştirak etmişəm. 

- İşdənkənar necə biridir Mətanət xanım?

- İşdənkənar ailəmə, uşaqlarıma daha çox vaxt sərf edirəm. Pasientlərlə mütəmadi olaraq telefonla əlaqə saxlayıram. Bütün zənglərə cavab verirəm. Gecə-gündüz işləyirəm. Doğuşlara çıxıram.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Məni ən çox narahat edən məsələ qohum nikahı və onun fəsadlarıdır. Bir də fizioloji doğumlara nisbətən keysəriyyə əməliyyatlarının çoxalmasıdır.

- İş prinsipiniz nədən ibarətdir? Ən çox nəyə diqqət edirsiniz?

- Pasient kabinetə daxil olduğu andan etibarən ona diqqət edirəm. Özünü aparmağ, danışığı, şikayəti, psixoloji durumu mənim üçün çox önəmlidir.

- Son zamanlarda ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

- Son zamanlarda ən çox müşahidə etdiyim xəstəliklər preeklampsiya ( arterial təzyiqin yüksək olması), aşağı ətraflarda ödəm, sidikdə zülal, uşaqlıq boynunun qısalması və s. kimi xəstəliklərə tez-tez rast gəlirik. Vaxtından əvvəl doğuş təhlükəsi də çox rastlanan hallardandır.

- Papiloma virusu da geniş yayılıb. Bu növ viruslar yalnız cinsi yolla keçirmi?

- Bəli, papiloma virusu geniş yayılıb. Bir çox növləri var. Cinsi orqanlarda yayılan papilomalar cinsi yolla keçir. Fəsadları çox ağır olur. Qadınlarda uşaqlıq boynunun xərçəngini yaradır. Biopsiya olmuş uşaqlıq boynunun (hansı ki, xərçəng hüceyrələri var) demək olar ki, hamısında bu virus aşkar edilib. Onkogen viruslara aiddir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxucularq can sağlığı arzu edirəm. Səhhətlərinə diqqət etsinlər. Altı aydan bir müayinədən keçsinlər. Xanımlarımız sağlam övlad dünyaya gətirsinlər. Biz də bir həkim olaraq onlara yardım edək.

- Mən bu peşəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Mən hər şeyi ağlıma alıb gəldim bu peşəyə.

Həkimlə əlaqə: (050) 3719092