Xəbərlər

İyul 17
2019
Bizə ən çox verilən suallardan biri əməliyyat müddətidir.

İndiki dövrdə bir əməliyyat olduğu zaman əməliyyat müddəti açıq ürək əməliyyatları xaric çox əhəmiyyətli deyildir. Ürək əməliyyatlarında ürək durdurularaq keçici pompaya alındığı üçün müddət proqnozu dəyişdirir. Ancaq uşaq cərrahiyyəsində əməliyyatlarda müddət əhəmiyyetli deyildir. Mən ailələrə məlumat verərkən hər zaman deyirəm, əməliyyat müddeti önəmli deyil, önəmli olan sonrasında problem olmamasıdır. Keçmişdə anesteziyanın sağlığa ciddi zərərləri səbəbi ilə bu belə deyildi. Ancaq modern tibbdə yeni nəsil anesteziya preparatları ile risklər ortadan qalxıb. Məsələn, bir qasıq yırtığı əməliyyatı 30 dəqiqə ərzində də bitə bilər, 2 saat da çəkə bilər. Bu kisənin genişliyinə, yapışıqlığa, əlavə anomaliyalara bağlı deyişə bilir. Yaxın zamanlarda bir qasıq yırtığında yırtıq kisəsinin içinden sidik axarının keçdiyi bir xəstəm oldu. Normalda bele bir şey ola bilməz, amma təcrübədə görmüşük, olmaması lazım olan şeyler qarşımıza çıxa bilər. Əməliyyat zamanı kisəni ayırdıqdan sonra sadəcə divarının qalın olması məni narahat etdiyi üçün kisəni bağlamadım və kisənin divarını ayıraraq baxınca sidik axarını təsbit etdik. Əgər cərrah tələsik olaraq buna bir anlıq diqqətsizlik edərsə sidik axarı bağlanmış və böyrəyi ciddi təhlükəyə soxmuş olar. Bunun kimi minlərlə örnək vermək mümkündür. Qısacası əməliyyat müddəti xəstə sağlamlığı üçün heç bir əhəmiyyət kəsb etmir, əsas odur ki, cərrah əməliyyat bitdiyində dönüb geriyə baxmağa ehtiyac olacaq bir şüphə içində qalmasın. Əlbetdə ki, əməliyyatxana şəraiti və anestezioloq burada çox önəmli faktordur. Çünki, 1 yaşdan aşağı uşaqlarda otaq temperaturu belə çox önəmlidir. Mən bunları hər təchizatı olan xəstəxanalar haqqında deyirəm.