Xəbərlər

İyul 12
2019
Hər xəstə əməliyyat olmalıdırmı?

Mən hər zaman deyirəm, əməliyyat etmək bir cərrah üçün əməliyyat qerarını verməkden daha asandır. Təəssüf ki, ölkəmizde bir çox əməliyyat lazım olmayan uşağa boşu boşuna əməliyyat olunarken, həqiqətən əməliyyat lazım olan bir çox xəstəyə əməliyyat  olunmayaraq böyüməyi gözlənilir. Minlərcə örnək verə bilərəm.

Örnək olaraq hər gün başvuran xayaları yuxarı qaçan bir çox uşaq var, buna yalancı kriptorxidizm deyirik, əməliyyat lazım olan bir hal deyil. Çox nadir hallarda gərginlik yarandığı zaman əməliyyat lazım ola bilir. Amma ki, həqiqətən xayası yuxarıda olan xestələr (buna kriptorxidizm deyirik) gözlədilir. Normalda 6 aylığında əməliyyat olunaraq yerinə endirildiyi halda düzələ biləcək bir problemi, uşaq böyüsün bəlkə düşər deyə 7-10 yaşa qədər belə gözlədirlər. Bəzən iynə dərman edirlər yerinə düşəcək deyə. Sonra da xaya ya itib gedir, yada gələcəkdə sonsuzluğa səbəb olur. Heqiqi kriptorxizm 6 aydan sonra yerine düşmür halbuki. Bunların elbette sebebleri var, aile faktorları da var, hekim faktorları da. Bilerek eden hekimler de var, bilmeden edənlər də var. Qonşunun uşağında da vardı, düzelmişdi psixologiyası ile davranan aileler de yox deyil. Ailələrin həkimlərə inamsızlığı da var.

İkinci ən böyük problem bağırsaq uzanmasıdır. Bu o qədər böyük problemdir ki, bu haqda danışmağa qorxuram. Amma qısacası bu bir radioloji termindir, xəstəlik deyildir. Ancaq ölkəmizdə bir çox hallarda əməliyyat olunur təəssüf ki. Halbuki Hirschsprung xəstəliyi dediyimiz çox önəmli xəstəlik qalır kənarda. Bu xəstəlikde bağırsağın bir hissəsində sinir hüceyrələri olmadığı üçün o hissə işləmir. Bu problem cərrahi yolla düzəldilmədiyi halda həyati riskə qədər bir çox problemə səbəb ola bilir.

Başqa bir önəmli problem vezikoüreteral refluksdur. Sidiyin sidik kisəsindən böyrəyə geri qayıtması. Bir uşaqda bu problem aşkarlanar-aşkarlanmaz əməliyyat edirlər. Hətta bu o dərəcəyə gəlib çatıb ki, VCUG (işəmə sistoüretroqrafiyası) dediyimiz rentgen ilə diaqnozu qoyulması lazım olan bu problemi elə ultrasəs müayinəsi ilə baxaraq bunda refluks var deyib əməliyyat edirlər. Bu problemdə əməliyyat lazım ola bilər, amma hər zaman deyil və hər yaşda deyil. Örnəyin 1 yaşa qədər heç zaman olmaz, bütün dünya protokollarında bu belədir. 1 yaşa qədər əməliyyat olarsa daha ciddi fəsadlara səbəb ola bilər. 1 yaş sonrasında da əgər ikincil refluks var isə əməliyyat anlamsızdır, və ya heç bir şikayeti yoxdursa yenə anlamsızdır. Bəzən heç bir şey eləməmək bir şey eləməkdən daha yaxşıdır. Hələ heç bir şikayəti olmayan bir xəstəyə əməliyyat eləmək üçün min defə düşünmək lazımdır.

Bu kimi problemlər ilə hər gün qarşılaşırıq. Bəzən əməliyyat üçün gəlmiş xəstəyə əməliyyatın lazım olmadığını anlatmaq üçün 1 saat danışırıq. Amma bilirəm ki, o uşağa əməliyyat etməməklə onun həyatını dəyişdirdik. Bizim hocanın bir sözü vardı. ‘’İyi cerrah iyi ameliyat yapar, ama daha iyi cerrah kime ameliyat yapmaması gerektiğini bilir’’. Yenə də demək istəyirəm ki, əməliyyat bəzən həyat qurtarırkən, bəzən də həyat söndürə bilər. Lazım olmadığında olmamalıdır, hələ bunu bilə-bilə heç olmamalıdır.