Xəbərlər

İyul 10
2015
Baku Medical Plaza Babək Filialında Doğum etmək hazırlaşanlar üçün məlumatlar

Körpəsinin dünyaya gəlməsi qadın həyatının ən həyəcanlı dövrüdür.

Biz sizə bu yolu doğru şəkildə keçməyə kömək edərik və Siz özünüzü doğuşdan əvvəl rahat, doğuş zamanı əmin, doğuş sonrası isə xoşbəxt hiss edəcəksiniz! 

Körpənizin həyata gəldiyi anlar unudulmazdır, klinikamızda bu gözəl anları həm foto, həm də video vasitəsi ilə yaxınlarınızla paylaşmanıza imkan yaratmışıq. Həyat yoldaşınızın və ya yaxınlarınızın bu həyəcanlı anlarda yanınızda olmasını istəyirsinizsə, bu da mümkündür.*

 

Baku Medical Plazanın Babək filialının 01.09.2014-cü ildə istismara verilmiş Ana və Uşaq Sağlamlıq Mərkəzinin binasında müasir avadanlıqlarla təchiz olunmuş doğuş zalları və əməliyyatxanalar, Neonatologiya və Zahılıq şöbələri sizin körpənizin həyata rahat gəlməsi üçün yaradılmışdır. 

Yarımçıq doğulmuşların sağalmaları üçün klinikamızda müasir avadanlıqlarla təchiz olunmuş Yenidoğulmuşlar üçün Reanimasiya şöbəsi var. 

 

Təbii doğuş qiyməti (Standart paket daxil olaraq) 800 AZN  təşkil edir, Qeysəriyyə əməliyyatı yolu ilə doğuşun qiyməti (Standart paket daxil olmaqla) 1000 AZN  təşkil edir. 

 

Ən müasir avadanlıqlarla təchiz olunmuş doğuş zalları və əməliyyatxanalar, üç tip otaq, 24 saat mühafizə, hər cür şəraiti ilə Baku Medical Plaza sizin xidmətinizdədir. 

 

Baku Medical Plazada doğulan körpələrə ilk peyvəndlər və 15 gün ərzində həkim müayinəsi, 20 % endirimlə sünnət doğuş paketinə daxildir.

 

Xəstəxanamızda doğum və qeysəriyyə olunmuş xəstələr üçün 3 növ otaq təklif olunur.

 

STANDART OTAQLAR

• İki nəfərlikdir;

• Paketdən xaric əlavə yatış günü 100 AZN-dir;

• Xəstə ilə görüş müddəti  18:30 - 20:30;

• Ziyarət edə biləcək adam sayı iki nəfərdir. Otaqda başqa xanım olduğuna görə yalnız xanımların görüşmə izni var;

• Xəstə yanında qalmağa icazə yoxdur;

• Otaqlar iki nəfərlik olduğuna görə hədiyyə və gül qəbulu qadağandır;

• Həyat yoldaşı doğumda iştirak edə bilməz;

• Standart otaqların olduğu şöbəyə kişi girişi qadağandır (IV mərtəbə).

 

VİP OTAQLAR

• Tək nəfərlikdir;

• Paketə daxil yataq qiymətindən əlavə günü 100 AZN-dir;

• Paketdən xaric əlavə yatış günü 150 AZN-dir;

• İstəyə bağlı özəl tibb bacısı xidməti verilir. Qiyməti günü 100 AZN-dir;

• Xəstə ilə görüş müddəti 18:30-20:30;

• Xəstənin yanında gecə bir nəfər xanım qala bilər;

• Ziyarət saatı (18:30-20:30 ) atanın körpəni və ananı görmə izni var;

• Hədiyyə və gül qəbulu sərbəstdir;

• Yatışdan sonra standart palataya keçmək mümkün deyil;

• Standart otaqlarda yer olmadığına görə VİP otaq verilərsə standart otaq qaydaları keçərli olur.

 

LÜKS OTAQLAR

• Tək nəfərlikdir;

• Paketə daxil yataq qiymətindən əlavə günü 200 AZN-dir;

• Paketdən xaric əlavə yatış günü 250 AZN-dir;

• İstəyə bağlı özəl tibb bacısı xidməti verilir. Qiyməti günü 100 AZN-dir;

• Otaqda buz dolabı vardır;

• Xəstə ilə görüş saatı sərbəstdir;

• Ziyarət edəcək adamların sayı sərbəstdir. Həm qadın, həm kişi ziyarət edə bilər;

• Xəstənin yanında qalmaq sərbəstdir;

• Hədiyyə və gül qəbulu sərbəstdir.

 

 

*Yalnız VİP və LÜKS otaqlarda xəstələrə həyat yoldaşının doğumda iştirakına (200 AZN), film və ya foto çəkilişlərinə (200 AZN) icazə verilir. Kənardan fotoqraf gətirilməsi qadağandır.

 

Əlavə sualınız yaranarsa 012 909 və ya facebook səhifəmizdə sualınızı verib  dərhal ətraflı cavab ala bilərsiniz.