Xəbərlər

Aprel 04
2019
Qeyri iradi sidik qaçırtması olan qadınlara – MÜHÜM XƏBƏR
- Sidik qaçırtma nəyə görə bu qədər önəmlidir?
 
- Qadınlarda qeyri-iradi sidik ifrazı həyati təhlükə yaradan bir problem olmamasına baxmayaraq həyat keyfiyyətini sosial və cinsi anlamda ağır dərəcədə pozmaqdadır. Tez-tez islanmalar və bez istifadəsi uşaqlıq yolu infeksiyalarının yaranmasına, axıntılara səbəb ola bilir. Cinsi aktiv yaşdakı qadınların intim yaşam keyfiyyətinə də təsir edən bu problemin müalicəsi çox vacibdir.
 
Bir çox xəstələr hələ də qeyri-iradi sidik qaçırtma problemlərini dilə gətirməyə çəkinirlər. Xüsusilə də, təbii üsulla doğumları olmuş və yaşlı xəstələr bu problemin qadın həyatının qaçılmaz bir problemi olduğunu düşünürlər. Hansı ki, son illərdə diaqnoz və müalicə metodlarındakı inkişaf insan həyatının hansı dönəmində olursa olsun bu problemi müalicəsi mümkün olan edir.
 
- İlahə xanım, Fransada təhsil almış və dünyada tətbiq edilən ən müasir metodları Azərbaycanda nəinki xəstələrin müalicəsində uğurla icra edən, həmçinin həkimlərin təkmilləşməsində də iştirak edən aparıcı bir mütəxəssis olaraq sidik qaçırtmanın müalicəsinə necə yanaşmalıyıq?
 
- Asqıranda, öskürəndə, güləndə, ağır hallarda yeriyəndə belə qeyri-iradi sidik qaçırtmanın müalicəsi cərrahi üsulladır. Əməliyyat ilə sidik kisəsi ilə sidiklik boynu arasındakı bucaq düzəldilərək qeyri iradi sidik qaçırtma aradan qaldırılır. Sallanmanı və bucaq pozğunluğunu düzəltmək üçün fərqli əməliyyat üsulları mövcuddur. Sidik kanalının altına orqanizm üçün hər hansı bir zərəri olmayan dəstəkləyici bir tor yerləşdiririk. Bu tor sidik kanalının altını bərkidərək öskürmə, asqırma zamanı qarındaxili təzyiqin artması zamanı baş verən sidik qaçırtmanın qarşısını almış olur. TVT və ya TOT kimi ifadə etdiyimiz bu tip slinq əməliyyatlar ilə sidik qaçırtmada 95 % - 100 % civarında uğurlu bir düzəlmə əldə edirik. Bu tip əməliyyat zamanı xəstələr həmin günü gəzə bilir və növbəti gün evə yola salınır.
 
Biz sidik qaçırtma əməliyyatları zamanı ağır doğumlardan qalan aralıq cırıqları, vaginal genişlənmələr, aralıq deformasiyalarını eyni vaxtda çox uğurla əməliyyat edirik və dolayısı ilə cinsi istəksizlik və həzzin zəifləməsi problemlərini də eyni anda aradan qaldırmış oluruq. Sidik qaçırtma problemi olmayan və yenə də bu cür sallanma şikayəti olan xəstələri isə cərrahi üsulla uşaqlıq yolu daraldılması - Vaginoplastika ilə müalicə edirik.
 
- Yekun olaraq tətbiq etdiyiniz Sling əməliyyatları üçün nə deyərdiniz?
 
- Bu üsulu tətbiq etməyimizin səbəbləri:
  • Ən uğurlu üsul olduğu üçün
  • Əməliyyatın davam etmə dövrünün qısalığı ( təqribən10 - 15 dəqiqə )
  • Xəstələrin həmin gün yeriyərək və növbəti gün evə qayıda bilmə imkanı əldə edə bilməsidir.
 
Dr. İlahə Quliyeva
 
Ünvan: Baku Medical Plaza Babək filialı (Xətai r-nu, Babək prospekti 92 N)
 
Əlaqə nömrəsi: 050 205 35 30, 050 365 80 90 (whatsapp)