Xəbərlər

İyul 04
2015
Baku Medical Plaza Mərkəz Filialında Doğum etmək hazırlaşanlar üçün məlumatlar

Körpəsinin dünyaya gəlməsi qadın həyatının ən həyacanlı dövrüdür.

 

Biz sizə bu yolu doğru şəkildə keçməyə kömək edərik və Siz özünüzü doğuşdan əvvəl rahat, doğuş zamanı əmin, doğuş sonrası isə xoşbəxt hiss edəcəksiniz!

 

Baku Medical Plaza Mərkəz filialında 4 tip zahılıq otağı təklif olunur.  Hər bir otaqda hamilələrin özlərini rahat hiss etməsi üçün ev şəraiti yaratmışıq.

 

Təbii doğuş qiyməti (VİP paket daxil olaraq) 1300 AZN təşkil edir, Qeysəriyyə əməliyyatı yolu ilə doğuşun qiyməti (VİP paket daxil olmaqla) 1500 AZN təşkil edir.

Ən müasir avadanlıqlarla təchiz olunmuş doğuş zalları və əməliyyatxanalar, dörd tip otaq, 24 saat mühafizə, hər cür şəraiti ilə Baku Medical Plaza sizin xidmətinizdədir.

Baku Medical Plazada doğulan körpələrə ilk peyvəndlər və 15 gün ərzində həkim müayinəsi, 20 % endirimlə sünnət doğuş paketinə daxildir.

Körpənizin həyata gəldiyi anlar unudulmazdır, bizim klinikamızda bu gözəl anları həm foto, həm də video vasitəsi ilə yaxınlarınızla paylaşmanıza imkan yaratmışıq. Həmçinin həyat yoldaşınızın və ya yaxınlarınız bu həyacanlı anlarda yanınızda olmasını istəyirsinizsə, bu da mümkündür.*

 

 

 

VİP OTAQLAR

  • Tək nəfərlikdir;
  • Paketdən xaric yatış günü 100 AZN;
  • Xəstə ilə görüş müddəti 18:30 - 20:30 (doğumdan sonra qısa zamanlıq görüş icazəsi var);
  • Ziyarət edə biləcək adamların sayı iki nəfərdir;
  • Xəstə yanında qalmaq gündəlik 100 AZN əlavə ödəniş tələb edir.

 

 

LÜKS OTAQLAR

  • Tək nəfərlikdir;
  • Vip paket qiymətindən əlavə gündəlik 200 AZN ödəniş;
  • Paketdən xaric əlavə yatış günü 300 AZN;
  • Istəyə bağlı özəl tibb bacısı xidməti verilir. Qiyməti gündəlik 100 AZN;
  • Xəstə ilə görüş sərbəstdir;
  • Xəstənin yanında gecə bir nəfər qala bilər;
  • Yatışdan sonra VİP palataya keçmək mümkün deyil.

 

 

ULTRA LÜKS OTAQLAR

  • Tək nəfərlikdir;
  • VIP paket qiymətindən əlavə gündəlik 300 AZN ödəniş;
  • Paketdən xaric əlavə yatış günü 400 AZN;
  • İstəyə bağlı özəl tibb bacısı xidməti verilir. Qiyməti gündəlik 100 AZN;
  • Xəstə ilə görüş sərbəstdir;
  • Xəstənin yanında qalmaq sərbəstdir;
  • Xəstənin həyat yoldaşı istərsə doğumda iştirak edə bilər (pulsuz).

 

 

SUİT OTALQAR

  • Tək nəfərlikdir;
  • Paket qiyməti  5000 AZN;
  • Paketdən xaric əlavə yatış günü 500 AZN;
  • Standart olaraq özəl tibb bacısı xidməti  (həm uşaq tibb bacısı, həm akuşer) verilir;
  • Xəstə ilə görüş saatı sərbəstdir;
  • Xəstənin həyat yoldaşı istərsə doğumda iştirak edə bilər (pulsuz);
  • Xəstəyə standart foto albom təqdim olunur.

 

 

*Xəstələrin həyat yoldaşının doğumda iştirakına (200 AZN), film və ya foto çəkilişlərinə (200 AZN) icazə verilir. Kənardan fotoqraf gətirilməsi qadağandır. Zahılıq şöbəsinə kənardan yemək məhsulları və gül gətirilməsinə icazə verilir.