Xəbərlər

Mart 01
2018
Qrip nədir? Qripin müalicəsi və qorunma yolları

Qrip nədir? Qripin müalicəsi və qorunma yolları

Qrip nədir?
Qrip, ya da tibbi adıyla influenza, hər il dünyada təxminən 3-5 milyon insana yoluxan, 250-500.000 insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir.

Qrip epidemiyası ve pandemiyası nə deməkdir?
Xəstəliyə səbəb olan influenza virusunun (H 3 N 2 ) quruluşu, asanlıqla dəyişə bilir. Bu da virusun immun sistemimizdən qaçmağına səbəb olur. Kiçik struktur dəyişiklikləri, bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Hər 10-30 ildə bir ortaya çıxan böyük struktur dəyişiklikləri isə pandemiya dediyimiz, büytün dünyanı əhatə edən böyük salgınlara yol açar. Tarixdəki bilinən ən böyük grip salgınlarından biri Birinci Dünya Müharibəsi zamanında qeyd olunan və müharibənin özündən daha çox ölümə səbəb olan 1918 İspaniya Gripidir. 2009 ilində Meksikadan başlayıb dünyaya yayılan ən son pandemiyaya isə H 1 N 1 pndm (Donuz Qripi) virusu səbəb olmuşdur.

Qrip necə yoluxur? Yoluxmanın qarşısını necə almaq olar?
Qrip (influenza) virusu damlacıq yoluyla yoluxur. Öskürüb, asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Bu səbəblə gripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa o zaman qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus, toxunulan hər yerə yayılır. Gripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir. Gripin cəmiyyətdə yayılmaması üçün, virusun ən çox yayıldığı xəstəliyin ilk günlərində, məktəbə, işə getməyib evdə istirahət edilməlidir. Evdəkiləri qorumaq üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız ve burun tam qapanmalı, otaqlar isə havalandırılmalıdır.  

Qrip olduğumu necə bilmək olar?
Qrip, ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə seyr edər. Temperatur, oynaq və əzələ ağrılarının olmaması zökəm kimi daha yüngül seyr edən digər tənəffüs yolu xəstəlikərini düşündürür. Öskürək şiddətli, iki həftə və daha uzun müddət davam edə bilər. Temperaturun uzun müddət davam etməsi, tünd rəngli bəlğəm, sinə ağrısı və nəfəs almanın çətinləşməsi grip virusunun ağciyərlərə bakteriyaların yoluxduğunu düşündürür. Bu vəziyyətdə mutləq həkimə müraciət edilməlidir. Əsasən risk grupunda olan, immun sistemi zəif olan insanlarda daha təhlükəli seyr edir. Bundan başqa sinuslara və orta
qulağa bakteriyaların yoluxması sinüzit ve otit tablolarına yol açmaqla xəstəliyin arzu edilməyən ağırlaşmalarındandır. Önə əyilməklə artan baş ağrısı, qulaq ağrısı xəbərdaredici əlamətlərdən sayılır.

Qripdə risk nədir? Kimlər risk altındadır?
Qrip, hər yaşda olan insanlara yoluxa bilir. Ancaq, xüsusilə hamilələr, 50 yaşın üstündəkilər, 5 yaşın altındakılar, ağciyər, ürək xəstəliyi olanlar, böyrək, qaraciyər çatışmamazlığı olanlar, xərçəng, diabet kimi xəstəliklər və ya organ transplantasiyası olunan və ağır bədən çəkisinə sahib insanlar kimi immun sistemi zəif olanlar gripin təsirinə daha çox məruz qalırlar. Bu qrup xəstələrdə grip daha ağır seyr edərək xəstəxanalara yatışlara və ölümə də səbəb ola bilir.

Qripin müalicəsi var?
Qripin müalicəsi istirahət və simptomatik müalicədir. Temperatur salıcı dərmanlar, bol maye qəbulu tövsiyyə olunur. Ancak risk grupundakı insanlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyr edərək ağırlaşmaların görüldüyü insanlarda grip virusuna təsir edən dərmanların (oseltamivir, zanamivir və s.) istifadəsi lazımdır. Bu cür vəziyyətlərdə yataq istirahəti və simptomatik müalicə ilə kifayətlənməyib, mütləq həkimə müraciət edilməlidir.

Qripdən necə qorunmaq olar?
Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də, risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Eyni zamanda bu şəxslər, gripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümün səbəbi olan pnevmoniyadan da qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

Qrip peyvəndi nə vaxt vurulmalıdır?
Qrip hər il Oktyabr ayından başlayaraq Dekabr ayında artıb, Aprel-May ayları da daxil olan vaxtda çox görülür. Bu səbəblə grip peyvəndi hər il Oktyabr ayında vurulmalıdır. Ancaq risk grupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər.

Niyə hər il qripə qarşı peyvənd vurulmalıdır?
Qrip xəstəliyinin keçirilməsi və ya peyvəndin vurulmasından sonra yaranan immunitet, virusun strukturunda yaranan dəyişikliklərə bağlı olaraq ömürlük deyildir. Peyvənd olunan və ya xəstəliyi keçirən insanlar bir sonrakı grip mövsümündə xəstəliyə təkrar yoluxa bilirlər. Bundan başqa, virusun strukturu dəyişildiyi üçün, bu dəyişiklikəri də nəzərə alaraq peyvəndin qoruyuculuğunu sabit saxlamaq üçün peyvəndin tərkibi hər il yenilənir. Bu səbəblə hər mövüm təkrarlayan gripdən qorunmaq üçün hər il peyvənd vurulmalıdır.

Qrip peyvəndi kimlərə vurulmalıdır?
Qrip (İnfluenza) peyvəndi 6 aydan böyük hər kəsə vurulmağı tövsiyyə olunur. Ancaq daha çox risk gruplarındakı insanlara və onlarla yaxın təmas edənlərə, həmçinin tibb işçilərinə vurulmalıdır.

Bunlar:
1. Ağırlaşma riski yüksək olanlar
 Hamilələr
 6-59 ay arası uşaqlar ilə 50 yaşdan böyük insanlar
 Xroniki xəstəliyi olanlar: (Astma daxil xroniki ağciyər xəstəliyi, diabet, metabolik xəstəliklər, ürək çatışmamazlığı, xroniki qaraciyər, xroniki böyrək xəstəliyi, nevroloji xəstəliklər)
 İmmun sistemi zəif olan xəstələr
 6 ay-18 yaş arasında olub uzun zaman aspirin istifadə edənlər
 Ağır bədən çəkili insanlar (Bədən kütlə indeksi ≥40 olanlar)
2. Ağırlaşma riski yüksək olanlarla eyni evdə yaşayanlar
 Tibb işçiləri

Qrip peyvəndinin əlavə təsirləri nələrdir və nə zaman vurulmamalıdır?
Yumurtaya qarşı alergiyası olanlara və ya peyvəndə qarşı daha əvvəl ciddi alergiya keçirən xəstələrə grip peyvəndi vurulmamalıdır. Grip peyvəndinin ciddi əlavə təsirinin olma ehtimalı digər peyvəndlərdə olduğu kimidir. Peyvəndin böyüklərdə ən çox görülən əlavə təsiri, inyeksiya yerində ağrı və həssalıqdır. Bu şikayətlər 10-64% olsa da, bir-iki gün içində peyvəndə bağlı temperatur, baş ağrısı, əzələ ağrısı, halsızlıq kimi sistemik əlamətlərin görülməsi, digər peyvənd və ya dərman tərkibli olmayan (plasebo) inyeksiyalardan çox deyildir. İİV3 (tərkibində 3 ayrı influenza virus tipi mövcud olan 3 valan peyvənd) və ya İİV4 (tərkibində 4 ayrı influenza virus ipi mövcud olan 4 valan peyvənd) kimi istifadə olunan grip peyvəndləri inaktiv (cansız) virus peyvəndi olduğundan peyvəndə bağlı gripin olması mümkün deyildir. Peyvənd iflic yaratmaz, sonsuzluğa səbəb olmaz və hamilələrdə də rahatlıqla istifadə edilə bilər.