Xəbərlər

Dekabr 11
2017
Hamilələrdə astma xəstəliyi

Astma xəstəliyi nədir?

Əsasən  gənc  yaşlarda meydana gələn ASTMA  xəstəliyi  tənəffüs  yollarının  xronik  xəstəliyidir. Xəstəlik özünü təkrarlayıcı və əsasən gecə səhərə yaxın başlayan döş qəfəsində sıxılma hissi, tənəffüs çatmamazlığı və öskürəklə biruzə verir. Bu simptomların yetkin əhali arasında astma xəstələrinin 5 % təşkil etdiyini nəzərə alsaq, hamilələrdə astma xəstəliyi ən cox təsadüf edilən tənəffüs sistemi xəstəliyi sayıla bilər.

Hamiləlik astma xəstəliyinin gedişinə necə təsir edir?

Hamiləlikdə baş  verən fizioloji dəyişikliklər: döl inkişaf etdikcə diafraqmanın  4 sm-ə qədər ağciyərlərə doğru sıxılması və ağciyər həcmlərini azaltması, əsasən hamiləliyin son dövrlərində artan esterogen hormonunun  təsiri ilə tənəffüs yollarında ödem, progesteron hormonunun təsiri ilə ağciyər həcmlərində azalma, burun tutulması və  s. hamilələrin daha tez-tez nəfəs alıb verməsinə və qandakı  O2 və CO2 miqdarındakı dəyişikliklərə səbəb olur. Hamiləliyin astma xəstəliyinin gedişinə necə təsir edəcəyini öncədən söyləmək mümkün deyildir. Eyni bir xəstədə fərqli hamiləliklərdə fərqli gediş ola bilər. Əsasən kontrolsuz astma xəstələrində hamiləliyin son aylarında  kəskinləşmələr gözlənilir.

Hamilələrdə astma xəstəliyinin diaqnostika və müalicəsi.

Adi hallarda olduğu kimi hamilələrdə də diaqnostika düzgün anamnestik məlumatların toplanması ilə başlanmalıdır. Anamnezdə astma xəstəliyindən şübhələnildikdə spirometriya və reverzibilitə testi ilə xəstənin vəziyyəti dəyərləndirilməlidir. Hamilələrdə astma xəstəliyindən şübhələnildiyində dəri allergik testləri edilməməlidir, allergik faktorlar qanda araşdırılmalıdır. Hamiləlikdən əvvəl müalicə olunmayan xəstələrə vəziyyətinə uyğun müalicə başlanmalı, müalicə alanlarda isə hamiləlikdən öncə olduğu kimi davam etdirilməlidir. Astma xəstələrində allergik rinit varsa intranazal steroidlerden istifadə olunmalıdır. Ehtiyac olarsa leykotrien antaqonistləri və antihistamin (loratadin ve setirizin) dərmanlar istifadə edilə bilər. Xəstəliyin müalicəsi dərmanların miqdarının düzgün tənzimlənməsi və dərman miqdarının mümkün olduğu qədər azaldılması ilə davam edilməlidir.

Hamilə astma xəstələri nəyə diqqət etməlidirlər?

Xəstələrə astma mualicəsinin dölə zərərinin olmaması müalicə olmadıqları halda döldə daha çox fəsadlar əmələ gətirə biləcəyi izah edilməlidir. Hamilələr tənəffüs sistemini qıcıqlandıran faktorlardan, əsasən siqaret çəkilən yerlərdən uzaq durmağa çalışmalıdırlar. Adətən kontrollu astma xəstələrində hamiləliyin sonlarında  xəstəliyin kəskinləşməsi nadir rast gəlinir. Mümkün olduğu qədər astmalı hamilələrdə keysəriyyə əməliyyatı olunmamalıdır. Epidural ve spinal anestezi istifadə edilməlidir. Astma xəstələrinin istifadə etdiyi bütün dərmanlar süd verən analarda istifadə oluna bilər və körpələr üçün zərərli deyildir.

 

Babək Filialı:

Ünvan: Xətai r-nu, Babək pr-ti 92N 

Mob.: 050 644 70 17

Tel: 012 909; 012 404 41 90