Xəbərlər

Senytabr 30
2017
Bu xəstələr tez sağalır
Baku Medical Plaza klinikasının  Ürək Sağlamlıq Mərkəzinin ürək-damar cərrahı Op. Dr. Özgür Kocamaz:
 
"Koronar şuntlama əməliyyatları ürək dayandırılmadan aparıldığı üçün bu xəstələrin reanimasiyada qalma müddəti qısa olur, daha tez normal həyata qayıdırlar."
 
 
Çalışan ürəkdə edilən koronar şuntlama əməliyyatlarının üstünlükləri:
 
 
1. Narkoz və əməliyyat vaxtı qısa olur.
 
2. Xəstələr süni tənəffüs aparatından tez ayrılır (əməliyyat stolunda və ya reanimasiya şöbəsində 1- 2 saat sonra xəstələr süni tənəffüs aparatından ayrılır (ekstubasiya) və sərbəst nəfəs alırlar.
 
3. Süni qan dövranı aparatına qoşulmadığı üçün qanitirmə az olur, yüksək hemotransfuziya (qanköçürmə) ehtiyacı olmur və infeksiya riski az olur.
 
4. Klinikamızda əksər hallarda sadəcə sinədəki arteriyalardan (LİMA və RİMA) istifadə olunur. Döş arteriyaları struktur və diametr etibarı ilə koronar damarlara daha uyğundur, aterosklerozla daha az zədələnirlər, bu arteriyalarla tikilən şuntlar daha uzun müddət işləyir, aorta toxunmadan edildiyi üçün insult riski yaranmır, ayaqlarda kəsik olmadığına görə yara və şişkinlik olmur.
 
5. Bu texniklə edilən xəstələrin yaraları daha tez sağalır, xəstələr klinikadan daha tez evə yazılırlar və əvvəlki həyat tərzinə daha tez  qayıdırlar.
 
 
Əməliyyatdan sonrakı dövürdə yarana biləcək ağırlaşmaların aradan qaldırmaq məqsədilə bəzi qrup xəstələrdə koronar şuntlama əməliyyatının işləyən ürəkdə icrası daha məqsədə uyğundu.
Bu qrup xəstələrə aiddir:
 
1. Yaşı 70 – dən çox olan.
 
2. Xroniki ağciyər xəstəliyi və xroniki böyrək çatışmazlığı olan xəstələr.
 
3. Anamnezində keçirilmiş insultu və ya beyini qidalandıran damarlarda hemodinamik əhəmiyyət daşıyan stenozları olan xəstələr.
 
4. Qalxan aortasında ciddi ateromatoz və ya kalsifik dəyişikliyi olan xəstələr (bu xəstələrdə aortaya toxunmadan döş arteriyalarından istifadə etməklə insult  riskini aradan qaldırmış oluruq).
 
5. Ürəyin atım fraksiyası ciddi azalmış xəstələr.
 
6. Miokard infartının kəskin mərhələsində əməliyyata alınan xəstələr.
 

BMP Ürək Sağlamlıq Mərkəzi - ürəyiniz əmin əllərdə döyünsün!

Elə indi zəng edib təcrübəli kardioloqlarımızın müayinələrinə yazılın!

Tel: +994 55 444 87 35

Ünvan: Nəsimi rayonu, M. Rəfili və R. Behbudov küç-nin kəsişməsi/389 № məhəllə