Xəbərlər

Oktyabr 01
2016
Baku Medical Plaza Mərkəz 3 il sizinlə!

Qısa müddət ərzində çoxsaylı tibb müəssisələri arasında seçilən Klinikamızın 2013-cü il 1 oktyabrda fəaliyyətə başlayan Mərkəz filialının bu gün 3 ili tamam olur. Bu münasibətlə klinikamızın rəhbərliyini, yüksək ixtisaslı həkimlərimizi və bütün kollektivimizi təbrik edirik..

Klinikamızın Mərkəz filialında fəaliyyət göstərən Ürək sağlamlıq Mərkəzində Bakının ən qabaqcıl angioqraf cihazı, tam təchiz olunmuş 2 ədəd açıq ürək əməliyyatxanasında hər növ ürək xəstəliklərinin əməliyyatı olunmaqdadır. 24 saat açıq olan angio laboratoriyasında infarkt xəstələrinə müdaxilə edilməkdədir. Müdaxilə olunan xəstələr üçün təcilli yardım daşınma xidməti pulsuzdur.  Radial angiografiya haqqında: klinikamızda angio bilək nəbz arterindən edilməkdə ballon və stend əməliyyatları edilir. Beləliklə, qanaxma riski olmadan xəstə qısa müddətdə evə yazılır.

Qadın və Uşaq sağlamlıq mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi, riskli hamiləliklərin təqibi, hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar kimi bir çox sahədə xidmət verməkdəyik. Əsasən ginekoloji əməliyatlardan sonra yaranmış fəsadların və sidikqaçırma kimi  çətin probləmlərin müalicəsi xəstəxanamızda edilməkdədir.

Qastroenteroloji Mərkəzdə mədə barısaq xəstəlikləri, hepatitlər, ERCP kimi xəstəliklər müayinə olunur, qastroskopiya və kolonoskopiya olunur. Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı - Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müalicə olunmaqdadır. Ümumi cərrahiyyə mərkəzində hər cür Abdomen cərrahiyyəsi, endokrin cərrahiyyəsi, laparoskopik cərrahiyyə, təcili əməliyyatlar, xüsusilə laparoskopik cərrahiyə əhəmiyyətları edilir. LOR bölümü septoplastika, tonsil-adenoid əməliyyatları, qulaq və eşitmə problemləri əməliyatları, endoskopik sinus cərrahiyyəsi və.s. xidmətlərini göstərməkdədir. Trokal Cərrahiyyə bölümündə ağciyər kistaları, ağciyər şişləri,  bronxoskopik əməliyyatlar olunur.  BMP-də fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, qapalı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnömotik mühərrik sistemləri kimi irəli texnologiyadan istifadə edilməkdədir. Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid  xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə - hirsutizm və s.  xəstəliklər müalicə olunur. Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USG, Digital rentgen edilir. BMP Təcilli Yardım servisi iflic, koma, infarkt, qəzalar, travmalar, beyin qansızması, cərəyan vurması, həzm sistemi problemləri, tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.), yanıqlar ilə xəstələri qəbul edir.