Xəbərlər

Avqust 15
2016
"700 qramlıq körpə həyata qayıtdı"

Erkin Rəhimov: "İnsanlarımız bilməlidirlər ki, belə uşaqların yaşaması, sağlamlığı üçün bütün imkanlar var”

Son zamanlar gənc ailələrin üzləşdiyi ən böyük problemlərdən biri körpələrinin vaxtından əvvəl doğulması və onların bir çox hallarda həyatlarını itirməsidir.

"Vaxtından əvvəl doğulan hər bir uşağın yaşama şansı var”

"Baku Medical Plaza”nın Neonatologiya şöbəsinin həkimi Aygün Haqverdiyeva deyir ki, çəkisi az olan və erkən doğulan körpələrin hər birinin yaşama şansı var. Onun sözlərinə görə, körpə doğularkən çəkisi 700 qram olub: "Körpə 28 həftəliyində dərin yarımçıq doğulub. Çəkisi hazırda geri qalır. Belə doğulan uşaqların həzm sistemində pozulmalar ola bilir. Doğuş zamanı reanimasiyon yardım göstərildi. Reanimasiya şöbəsinə xüsusi transport küvezdə köçürüldü. Hazırda küvezdə istilik və səssizlik, yəni maksimum ana bətni şəraiti yaradılaraq saxlanılır. Vəziyyəti süni tənəffüz aparatında izlənilir. Həzmi ilə bağlı hazırda müəyyən problemləri var. Belə doğulan uşağın hər birin yaşama şansı var. Körpəyə lazım olan bütün tibbi xidmətlər göstərilir”.

"Ciyərləri açılmamışdı, cərrahi müdaxilə olundu”

Övladı "Baku Medical Plaza”da dünyaya gələn Şahin Cəfərov qeyd edir ki, onların da körpəsi erkən doğlulub və çəkisi 1200 qram olub: "2011-ci ildən ailəliyik. Bir neçə dəfə övladımız olub, erkən doğuş olduğu üçün körpə yaşamayıb. Bir çox xəstəxanaları gəzmişik. Təsadüfən yoldaşımın müalicə həkimi "Baku Medical Plaza”nı məsləhət gördü. Uşaq 29-cu həftədə doğuldu. Körpənin vəziyyəti çox ağır idi. Ciyərləri açılmamışdı. Cərrahi müdaxilə olundu. Xüsusən Erkin həkimə, Lalə xanıma təşəkkür edirəm. Erkin həkimin peşəkarlığı sayəsində uşağın vəziyyəti bu gün çox yaxşıdır. Xidmətdən olduqca razı qaldıq. Günün istənilən saatında uşağın vəziyyəti ilə bağlı müraciət etmişik köməklik göstəriblər. Həkimlərin peşəkarlığı, ən son tibbi avadanlıqların burada olması bir çox körpələrin həyatını xilas edib”.

Erkin Rəhimov: "Bu müalicə metodu yalnız bizim klinikada tətbiq edilir”

Azərbaycanda ilk dəfə olaraq hipotermiya (soyutma) üsulu ilə erkən doğulan körpələrin müalicəsi Baku Medial Plazada həyata keçirilir: "Hazırda Azərbaycanda bizim klinikadan başqa bu üsulu tətbiq edən yoxdur. Artıq bu metodla müalicə etdiyimiz körpələri öz valideyinlərinin yanına yola salmışıq”.

E.Rəhimov bildirir ki, klinikanı əsas hədəflərindən biri uşaq həsrəti çəkən, vaxtından əvvəl doğulmuş uşaqların valideyinlərində o uşaqların yaşamasına ümid yaratmaqdır:

"Bu analar bilməlidirlər ki, övladları vaxtından əvvəl doğuldusa, onlar yaşaya bilirlər. Hazırki tibbin imkanlarına əsasən belə uşaqların yaşamaq imkanları yaşamamaq imkanlarından daha çoxdur. Əvvəl 1000 qr altında doğulan uşaqlar üçün deyirdilər ki, ondan əlinizi üzün yaşamayacaq. Artıq bu gün çəkisi az doğulan körpələrin əksəriyyəti yaşayır. Bizim digər əsas hədəfimiz uşağı xəstəxanadan yola salmaq deyil. Ona sağlam həyat bəxş etməkdir. Məsələn, bəzi erkən doğulan çəkisi 600 qramdan 1800 qrama qədər olan körpələr yaşayır ancaq görmə qabiliyyətlərini itirirlər və ya eşitmə və digər orqanlarında qüsur ola bilir. Biz həmin uşaqlarda yarana biləcək ciddi problemləri burada, xəstəxanada olarkən aradan qaldırmağa, onların qarşısını almağa çalışırıq. Belə uşaqların həyatda qalması, yaşaması üçün tibbin ən son texnologiyalarını klinikamıza gətirmişik və peşəkar həkimlərimiz tərəfindən bütün tibbi xidmətlər göstərilir. Tibbi statistikaya nəzər saldıqda şahidi oluruq ki, hər 10 uşaqdan biri vatından əvvəl doğulur. İnsanlarımız bilməlidirlər ki, belə uşaqların yaşaması, sağlamlığı üçün bütün imkanlar var. Bundan əlavə digər xəstəxanalarda erkən doğlulan uşaqları da buraya köçürüb onların yaşaması üçün bütün tibbi xidmətlər göstəririk”