Xəbərlər
Vezikoureteral Reflyuks
Baku Medical Plaza, Mərkəz filialı, Uşaq urologiyası Üst Uzman, uzman uroloq androloq - Dr.Kamranbəy Qasımov Vezikoureteral Reflyuks/Sidik Reflyuksu ilə bağlı sualları cavablandırıb.
Vezikoureteral Reflyuks (VUR/Sidik Reflyuksu), sidiyin sidik kisəsindən üst sidik ifrazat sisteminə doğru tərs axınıdır. Öz-özünə geriləyərək yox olduğu kimi, infeksiyaya səbəb olaraq və böyrəyə zərər verərək hipertenziya və böyrək çatışmazlığına səbəb ola bilər.
VUR normal uşaqlarda 0.4-1.8 faiz, qızdırmalı sidik yolu infeksiyası keçirən uşaqlarda 30-50 faiz rast gəlinir. Yeni doğulan oğlan uşaqlarında daha çox görünür ancaq yaş artdıqca qız uşaqlarında görünmə sıxlığı artır. Ana bətnində olunan utrasəs müayinədə hidronefroz (böyrək genişlənməsi) olan uşaqların 16.2 faizində VUR görülür. Ailə üzvlərində VUR olması uşaqlarda eyni patologiyanın görünmə riskini artırır.
Hansı uşaqlarda VUR araşdırılmalıdır?
- Ana bətnində (prenatal) hidronefrozlu uşaqlar
- Qızdırmalı sidik yolu infeksiyası keçirən uşaqlar
- Ailədə VUR patologiyası olduğu halda
- Alt sidik ifrazat problemləri olan uşaqlar
VUR diaqnozunda qızıl standart İşəmə Sistouretrografiyasıdır (VCUG). Klassik olaraq 5 dərəcəsi mövcuddur və dərəcə artdıqca böyrəklərə zərərvermə ehtimalı artmaqdadır.
İki əsas müalicə metodu mövcuddur: konservativ yanaşma və cərrahi müdaxilə. Konservativ yanaşmada əsas məqsəd uşağın qızdırmalı sidik yolu infeksiyası keçirməsinin qarşısını almaqdır.
Cərrahiyyə hansı uşaqlara olunmalıdır?
- Konservativ müalicə altında qızdırmalı sidik yolu infeksiyası
- DMSA sintigrafiyada böyrəkdə parenximal zədələnmə olması
- Yaşla birlikdə geriləməyən 4-cü və ya 5-ci dərəcəli reflyuks
Cərrahi müdaxilə iki üsulla aparılır:
- Endoskopik inyeksiya (qapalı prosedura): 1 və 2-ci dərəcəli reflyuksa 78.5 faiz, 3-cü dərəcəli reflyuksda 72 faiz, 4 və 5-ci dərəcəli reflyuksda 51-63 faiz nailiyyət görünür.
- Ureteroneosistostomiya (açıq əməliyyat): nailiyyəti 92-98 faizdir.