Xəbərlər
RAMAZAN AYINDA SAĞLAMLIĞIMIZI QORUMAQ ÜÇÜN NECƏ QİDALANMALYIQ?
İlk olaraq bütün oxuyucularımızın Ramazn ayını təbrik edirəm, Ramazan ayımız mübarək olsun. Bu ay öz nuru və gözəllikləri ilə evlərimizə birlik, xoşbəxtlik, huzur gətirir. Ancaq, bu ayda qidalanmamızda etdiyimiz yanlışlar sağlamlığımıza zərər yetirəbilər.
ORUC TUTAN ZAMAN ƏN ÇOX EDİLƏN YANLIŞLAR:
Səhərlər imsaka oyanmamaq vəya sadəcə su ilə niyət etmək günlük aclıq saatınızı 14-16 saatdan 20 saata qədər uzadır. Bu da Oruclu şəxsin qan şəkərinin iftardan 2-3 saat deyil 6-7 saat öncədən çox aşağı enməyinə səbəb olur. Nə qədər çalışsazda bu sizin günlük həyat rejiminizin keyfiyyətinin çox aşağıı enməsinə səbəb olacaq. Buna görə imsak zamanı qidalanma çox önəmlidir. Digər edilən yanlışlardan biri iftardan imsak” a qədərki zamanda az miqdar su içməkdir. Min. Kilo başı 30ml su qəbul eidlməlidir.İftar süfrələri günlük qdlanmamıza nisbətdə daha yüksək porsiyalar və yağlı yeməklərdən ibarətdir. Axşam saatlarında bədənin bazal metabolizma sürəti azaldığı üçün sindirim çətinləşir. Yediyimiz qidalar enerjiyə çevrilmədən yağ olaraq depolanır. Buna görə normal qidalandığımız porsiya ölçülərində seçimlər etməliyik.
İMSAK VƏ İFTAR ZAMANI QİDALANMA NECƏ OLMALIDIR :
Orucumuzu su+ 1 xurma vəya zeytun ilə açdıqdan sonra İftar yeməyinə ilk sup ilə başlamaq lazımdır. Supu içdikdən sonra həmən quru yeməklərə başlamayın. Min. 10 dəqiqə gözlədikdən sonra çox yağlı olmayan gündəlik 1 oturumda qəbul etdiyiniz qədər yemək yeyin.
Hər yeməyin yanında az yağlı tərəvəz yeməyi vəya mayonezsiz tərəvəz salatınız olmalıdır. Günlük kalsiyum ehtiyacının tamamlanması üçün yeməklərin yanında içki olaraq ayran için. Çörək seçiminiz çovdarlı vəya kəpəkli çörək olmalıdır. BU günlük azalmış bağırsaq hərəkətliliyinin artması yəni, qəbizliyin olmaması üçün məsləhət görülür.
İmsak zamanı səhər yeməyindəki qidalarsan olmalıdır. Yumurta, pendir, zeytun, kəsmik, kərəyağı, gerkules yaxşı seçimlərdəndir. Əgər imsakda qazan yeməklərinə üstsnlük verirsizsə, bu seçimi az zeytun yağlı tərəvəz yeməklərindən etməlisiz. İmsakda şəkərləri çay içmək, şəkərli qidalar yemək qan şəkərinin ani yüksəlib sonra isə tez enməsinə səbəb olur. Bu da tez acımanıza səbəbdir.
RAMAZANAYINDA FİZİKİ AKTİVLİK NECƏ OLMALIDIR?
Günlük olaraq min. 7.000-10.000 addım atmaq lazımdır. Iftardan 40 dəq sonra açıq havada orta tempdə edilən yürüyüş piylənmənin qarşısını alıb, ruh halınızında yaxşılaşmasına köməklik edəcək.
Klinikamızın Babək filialında fəaliyyət göstərən Dietoloq - Dr. Reyhan Cabbarlı
BMP Babək - Xətai rayonu, Babək prospekti 92 N
???? 012 404 41 90 / 055 625 67 75