Xəbərlər
'Pediatriya Reanimasiyası' şöbəmizin qurulmasının 5 ili tamam oldu.
Bir qapı arxasında nə qədər emosiya düşünə bilərsiniz? Xüsusilə bu qapı uşaq reanimasiya qapısıdırsa.. Sevinc, xoşbəxtlik, həsrət, qorxu, narahatlıq, təşviş, qayğı, ümid. Daha çox saya bilərik. Bu gün ‘Pediatriya Reanimasiyası’ şöbəmizin qurulmasının 5 ili tamam oldu. Bu işin davam etdirilməsində əvəzsiz rolu olan şöbə müdiri Dr. Erkin Rəhimov, ən başda sizə təşəkkür edirik. Hər çətinliyə rəğmən heç zaman yorulmayan və işini sevərək davam edən, gecə-gündüz durmadan xidmət edən pediatriya reanimasiyası komandası artıq 5 ildir ki, bir fəaliyyətdədir. Sizlərin sayənizdə bugün həyatda qalan, saglamlığına qovuşan çox sayda uşaqlarımız vardır. Heç zaman ümidini itirməyən, son ana qədər bütün gücü və dəstəyi ilə çalışan bir komanda! Pediatrik reanimasiya komandası! Bu işi sevən və ürəyini qoyan insanlar, sizlərin sayənizdə hələ çox uşaqlar ikinci yaşama şansı qazanacaq. Bu işdə hər zaman kömək olan Baku Medical Plazanın konstant həkimləri, sizlərə də təşəkkür edirik!