Xəbərlər

Senytabr 03
2022
Ureteropelvik Tıxac

Böyrəklər insan organizmindəki artıq və zərərli maddələri sidik vasitəsilə təmizləyirlər. Sidik-ifrazat sistemi böyrəklər, sidik axarları, sidik kisəsindən ibarətdir. Bu yolda olan hər hansısa bir darlıq ondan daha yuxarı hissənin genişlənməsinə səbəb olur. Bu darlıqların bəziləri gələcəkdə böyrəklərin şişməsinə-hidronefroza səbəb ola bilir.

Obstruktiv uropatiya - yəni darlıq nəticəsində olan böyrək çatışmazlığı uşaqlarda və yeniyetmələrdə böyrək çatışmazlığının ən çox rast gəlinən səbəbidir.

Sidik yollarında olan bu darlıqlar ümumi götürdükdə, ana bətnində olub bir çoxunun perinatal - yəni ana qarnında diaqnozu qoyula bilməkdədir. Hidronefroza səbəb olmursa aralıqlı ultrasəs müayinə ilə 1 yaşa qədər təqib edilə bilər. Belə xəstələrin çoxunda şişlik özü-özünə geriləyə bilir.

Ləyən-sidik axarı (up) darlıq

Sidik yollarının anadangəlmə qüsurlarının arasında yer alan uretropelvik darlıq ilərləyən hidronefroza və böyrək funksiyalarının pozulması ilə nəticələnə bilir. Yenidoğulmuş körpələrdə UP darlıq böyrəklərin hidronefrozuna səbəb olan ən sıx problemdir.

Bətndaxili ultrasəs müayinələr zamanı hər 500 canlı doğumda 1 uşaqda UP darlığa rast gəlinir. Daha az sıxlıqla uşaqlıq və yetkinlik zamanında da rast gəlinə bilər, oğlan uşaqlarında qızlara görə daha çox rast gəlinir. Həmçinin sol böyrəkdə sağa nisbətən daha çox rast gəlinir.

Səbəbləri:

UP darlığın dəqiq səbəbləri bilinməməklə bərabər embrioloji, funksional və histoloji problemlərdən yarana bilir.

1. Ureteropelvik birləşim yerində olan düz əzələ liflərinin sayında azalma, yerini kollajen liflərin alması,

2. Selikli qişanın polipləri, anadan gəlmə davam edən qatlantılar,

3. Böyrəyin alt qismini qidalandıran akseuar damarların olması və bu damarların proksimal sidik axarına təzyiq göstərməsi,

4. Bəzən də bu pelvik bölgədə əmələ gələn infeksiyalar UP bölgədə darlığa səbəb ola bilir.

5. Bəzən vezikoureteral reflyuks-sidiyin sidik kisəsindən sidik axarlarına getməsinə bağlı olaraq ureteropelvik darlıq əmələ gələ bilər.

Klinikası

UP darlığı yenidoğulmuşlarda və ana bətnində olan hidronefrozun ultrasəs müayinəsi zamanı tapıla bilər, həmçinin genişlənmiş böyrəklərin qarında ələ gələn kütlə şəklində diaqnozu qoyula bilər.

Daha böyük uşaqlarda isə aralıqlı olan ağrı, bulantı, qusma şikayətləri ilə özünü büruzə verə bilər. UP darlıq ilə birlikdə bəzən anadangəlmə böyrək malformasionlar görülə bilər. Bunlara ən çox renal displaziya və multikistik böyrək aiddir.

Diaqnozu

Müasir dövrdə ultrasəs müayinəsinin yayılmasının səbəbi ilə belə xəstələrin çoxu ana bətnində olarkən aşkar olunur. Bətndaxili ultrasəs ilə aşkar olunmasında ən uyğun vaxt 28-ci həftədir.

Doğumdan sonra isə 7-10-cu günlər daha uyğun vaxt hesab olunur. Bətndaxili bu up ölçüsü 10 mm-dən çox olarsa ciddi qəbul olunur. 15 mm-i keçərsə cərrahi müdaxiləyə ehtiyacın olduğunu göstərir. Bütün bunlara baxmayaraq ultrasəs ilə şübhələn xəstələrə əlavə müayinə üsulları ilə dəqiq diaqnozun qoyulması lazımdır.

Bu testlərə Voiding sistoiretroqrafiya, diuretik renoqrafiya, kompüter tomoqrafiya və MRT aiddir.

Müalicəsi

Əvvəlcə ureteropelvik darlıq digər buna bənzər klinikası olan problemlərdən ayırd edilməlidir. Bunlara: vezikoüretral reflüks, davam eden hidronefroz, funksiyonal hidronefroz aiddir.

Ana bətnində diaqnozu qoyulan ciddi hidronefrozu olmayan qismi UP darlıqlarda əgər böyrək parenximası ciddi zərər görməyibsə bir müddət aralıqlı ultrasəs ilə təqib edilə bilər.

Diuretik renoqram ilə böyrək funksiyalarının 40 faizdən daha çox pozulması aşkar edilsə ağrı, sidik yolu infeksiyası olarsa və ya sidik daşları aşkarlanarsa cərrahi müdaxiləyə ehtiyac ola bilər

Günümüzdə UP darlığın qızıl standart əməliyyat qaydası Anderson ve Hynes tərəfindən tətbiq edilən Piyeloplastika əməliyyatıdır, yəni darlığın aradan qaldırılmasıdır.

Cərrahi müalicə ilə 90-95 faiz hallarda birdəfəlik sağalma qeyd olunur. Buna baxmayaraq 4-6 həftə sonra kontrol ultrasəs müayinə ilə böyrəklər müayinə olunmalıdır.

Hazırda, həmçinin laporoskopik və robotik piyeloplastika əməliyyatları da uğurla yerinə yetirilir.

Dr. Kamranbəy Qasımov, MD, FEAPU

+99455 604 49 09

Baku Medical Plaza klinikalar şəbəkəsi Babək, Mərkəz, Medilux filialları ilə sizlərə yüksək səviyyədə stasionar və ambulator xidmətlərini təqdim etməkdədir.

Ünvanlarımız:

• BMP Babək - Xətai rayonu, Babək prospekti, 92N

• BMP Mərkəz - Nəsimi rayonu, M. Rəfili və R. Behbudov küçələrinin kəsişdiyi 389 saylı məhəllə

• BMP Medilux - Nərimanov rayonu, Kral Hüseyn, 66B

Bizimlə əlaqə: 012 404 41 90 / 012 909