Xəbərlər

Mart 12
2022
Baku Medical Plaza ağır vəziyyətdə olan xəstəni həyata qaytardı

M.Əliyevanın bununla bağlı yazdıqlarını olduğu kimi dərc edirik:

"Bizim nə gecəmiz, nə gündüzümüz oldu. Biz digər klinikadan ancaq pis xəbərlər eşidirdik. O dəhşətli mənzərəni mən hər gün görürdüm. Niyə get gedə mən ancaq pis mənzərəni görürdüm? Niyə axı buzlaşması dayanmırdı? Niyə axı lazımlı dərmanlar vurmurdular? Niyə həkimlər sonuncu dəqiqəyə kimi susurdu sonda dedilər aparın?! İVL-a qoşandan sonra, niyə?!

Evdən çıxanda Atam 50% idi buzlaşması, ən güclü dərmanı biz Klinikanın şöbə müdürünü yalvarırdıq ki eləyin! İlk başdan dedik nə qədər pul lazımdı, nə lazımdı verəcəyik təkcə sağaldın onu! Nə qədər insan , nə qədər vəzifəli insanların zəngi oldu, heçnə kömək olmadı orada... Vəziyyəti lap çox ağırlaşan günü, həkim yığdı mənə dedi: * O dərmanı filankəsin xətrinə görə vururam atanıza! Təsəvvür edin , kiminsə xətrinə görə xəstəyə dərman vururlar. Bu bir biyabırçılıqdır!

Siz ki Allahdan qorxmadınız, eybi yox, Allah böyükdür!

Siz ki mənim Atamı elə günə qoyduz. Siz Allahdan qorxun!

Allaha rəcəb ayında o qədər dua elədik ki biz, ümidimizi kəsmədik. Çünki o elə belə Ata deyil,

Allaha rəcəb ayında o qədər dua elədik ki biz, ümidimizi kəsmədik. Çünki o elə belə Ata deyil, o hər kəs üçün çox dəyərli, çox önəmli, çox gözəl qəlbli bir insandır! Ən çətin, dar vəziyyətdə yanımızda olan atamın yaxın qohumu Tofiq müəllimə çox sağ ol deyirik və onun qarşısında baş əyirik! O çətin dönəmdə bir gözəl insan Dr. Anar bizə türkiyədən Dr. Elxan Bəşirovu məsləhət gördü. Dedi ki ən ağır xəstələri sağaldıb o. Biz zəng elədik Dr. Elxana hər şeyi izah elədik. Sabahısı günü atamın analizlərini alandan sonra Şükür Allaha onu o "həkimlərin’’ əllərindən apardıq Atamızı Baku Medical Plazaya. Təssəvür edirsiniz ki, 100% buzlaşma ilə Atamı həyata qaytardılar? Bu bir Allahın möcüzəsi idı!

Artıq 3 cü həftə gedirdi, Atamı ivl-dan oyatdılar və min şükür hər şey artıq yaxşı idi. Həkimlər belə gözləmirdi bu möcüzəyə!

Mən və ailəm Dr. Elxana və Dr. Oqtaya , və bütün Baku Medical Plazada işləyən heyətəbilmirəm hansı sözlərnən ifadə edim hisslərimi DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK! Siz Əsl HƏKİMLƏRSİNİZ! Bir dəfə də Dr. Elxan və yaxud Dr. Oqtay bizi tək qoymadılar, hər dəfə zənglərimizə də, görüşlərə də cavab verirdilər. İnsan kimi, həkim kimi hər şeyi başa salırdılar!

Artıq 3 cü həftə gedirdi, Atamı ivl-dan oyatdılar və min şükür hər şey artıq yaxşı idi. Həkimlər belə gözləmirdi bu möcüzəyətİ

Mən və ailəm Dr. Elxana və Dr. Oqtaya , və bütün Baku Medical Plazada işləyən sostava bilmirəm hansı sözlərnən ifadə edim hisslərimi DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK! Siz Əsl HƏKİMLƏRSİNİZ! Bir dəfə də Dr. Elxan və yaxud Dr. Oqtay bizi tək qoymadılar, hər dəfə zənglərimizə də, görüşlərə də cavab verirdilər. İnsan kimi, həkim kimi hər şeyi başa salırdılar!

Mən baş əyirəm bu cür həkimlərin qarşısında!

Mənim Atam güclüdür, o sağlamdır, Allaha MİN ŞÜKÜR! Heç vaxt Allahdan ümüdünüzü kəsməyin! Mənim nəfəsimi geri qaytardılar, gözümün işığını, həyatımın mənasını.

Həyat çox acımasızdır, ona görə həmişə yaxşılıq edin, gözəl xeyir işlər görün. Mənim yaşadıqlarım mənim üçün çox böyük və ağır bir sınaq oldu. Amma çox güclü oldum. Və son cümləmi yazmaq istəyirəm, Allah Böyükdür. Allah hər birimizi qorusun, hər kəsə can sağlığı arzu edirəm. Mən isə yenidən gözəl həyata davam!"