Ürək Sağlamlıq Mərkəzi

Dünya standartlarına uyğun şəkildə yaradılmış Baku Medical Plaza klinikasının Kardiologiya Şöbəsi ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədi ilə xidmət göstərir. Baku Medical Plaza klinikasında yeni doğulmuş uşaqlardan yaşlı nəslin nümayəndələrinə qədər hər bir yaşda olan insanlara hər növ ürək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır.