Kardiologiya

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Kardiologiya

Dünya standartlarına uyğun şəkildə yaradılmış Baku Medical Plaza klinikasının Kardiologiya Şöbəsi ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədi ilə xidmət göstərir. Baku Medical Plaza klinikasında yeni doğulmuş uşaqlardan yaşlı nəslin nümayəndələrinə qədər hər bir yaşda olan insanlara hər növ ürək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır.

BMP-nin Kardiologiya Şöbəsi XXI əsrin ən son texnologiyaları ilə təchiz olunaraq, hərtərəfli diaqnostika və müalicə üsulları ilə xidmət göstərməkdədir. 

Baku Medical Plaza klinikasının Kardiologiya Şöbəsində aparılan kardioloji müayinələr (non-invaziv):

EKQ

EXO-KQ

  • Transezofageal exokardioqrafiya
  • Fetal EXO-KQ
  • Pediatrik EXO-KQ
  • Stress EXO-KQ

Holter monitorinq

Təzyiq holter

Tredmil test

EKQ

Ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır. Bir axın yüksəldici tərəfindən yüksəldilən yığılmalar əsasən istiyə həssas kağız üzərinə yazılır. EQK ürək xəstəliklərinin aşkar olunmasında həkimin müayinə zamanı aşkar etdiyi nəticələrlə birlikdə dəyərləndirildiyində, digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq xəstənin diaqnozunun düzgün qoyulmasında yardımçı ola bilər. 

Stress Test

Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir.

Transtrakal Ekokardioqrafiya, Fetal-Pediatrik Ekokardioqrafiya.

Exokardioqrafiya ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları ilə dəyərləndirən müayinə metodudur. Dalğaların radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmanlardan istifadə edilməməsi hamilələrə, yeni doğulmuş uşaqlar daxil hərkəsə asanlıqla tətbiq oluna bilər. Ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək daxili kütlələr, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarının-aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan mühüm müayinə metodudur.

Stress Exokardioqrafiya

Stress exokardioqrafiya ürəyi qidalandıran damarlarda (koronar damarlar) daralma olub-olmadığının araşdırılmasında, mokard infarktı keçirən xəstələrdə dərman xaricində bir müalicəyə ehtiyac olub-olmadığının aşkar olunmasında və ürək qapaq xəstəliyi zamanı xəstəliyin şiddətinin dəyərləndirilməsində istifadə olunur. İstifadə oluna bilən stress metodu Tredmil cihazında fiziki yük vermək, yəni tez-tez yeridilərək ürəyin iş yükünü artırmaq şəklində aparılır. Stress exokardioqrafiya qoldan keçən damarlara dərman yeridilərək də aparıla bilər.

Transezofageal Exokardioqrafiya (TEE)

TEE müayinəsi xəstənin döş qəfəsi quruluşu ( ağciyər xəstəliyi, deformasiya və. s səbəblərlə) yetərli exokardioqrafik görüntü alınmadıqda ya da ürək içi görüntülərinin daha yaxından dəyərləndirilməsi lazım olduqda istifadə olunan bir metoddur. TEE endoskopik bir müayinədir. Ağızdan qida borusuna yeridilən incə bir boru (probe) ilə ürəyin arxa divarına çatdırılır və çox aydın, dəqiq görüntü alınır. 

Holter

EKQ Holter cib telefonu kimi kəmərə bağlanan bir cihazdır. 3-4 ədəd naqil, elektrodlar (yumşaq plastikdən hazırlanmış 3-4 sm ölçüsündə yapışqanlı) vasitəsilə sinəyə bərkidilir. İnsan günlük normal həyatını yaşayır və cihaz planlanan zaman müddətində ürəyin elektrik impulslarını qeydə alır. Zaman sonunda cihaz çıxarılaraq qeydə alınmış impulslar kompüterdə analiz edilir. Bu alət sayəsində müayinə zamanı görülməyən amma gün ərzində qısa zamanda olub keçən ürək döyüntüləri, sinə ağrıları, huş itirməyə səbəb bütün ritm pozulmalar aşkar edilə bilir. Holter cihazı taxıldıqdan sonra xüsusi ilə şikayətləri yaradan hadisələr təkrarlanmalıdır (Kofe içmə, nərdivan çıxma v.s).

Təzyiq Holter

Xəstələrin gün boyu təzyiqinin sıx aralıqlarla ölçülərək, təzyiqin və nəbzin qeydə alınmasıdır. 24-72 saat arasında aparılan ölçülmələrdə əvvəlcədən hipertoniyası olmayan xəstələrdə erkən aşkarlama ola bilər. Təzyiq holter ilə xəstələrin gün ərzində təzyiqlərinin sıx aralıqlarla ölçülərək, gün içindəki aktivlikləri sırasında, yuxuda, istirahət zamanı, təzyiqi və nəbz sayı qeydə alınmadadır. Beləliklə, uzun zaman təzyiqi olan xəstələrin, günün hansı saatlarında təzyiq göstəricilərinin yüksəldiyi qeydə alınaraq, müalicə seçilir. Daha əvvəlcədən hipertoniyası olmayan xəstələrdə erkən diaqnoz qoyularaq, düzgün müalicə metodu seçilir.

 

 

Dr. Ziya Səlimov
İxtisas İnvaziv kardioloq
Vəzifə İnvaziv kardioloq
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Dr. Səbinə Qurbanova
İxtisas Kardioloq
Vəzifə Kardioloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Dr. Günay Qasımova
İxtisas Kardioloq
Vəzifə Kardioloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Uzm. Dr. Ülvin Həbibova
İxtisas Uzman kardioloq
Vəzifə Uzman kardioloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Dr. Günel Musayeva
İxtisas Kardioloq
Vəzifə Kardioloq
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Dr. Günel Qafarlı
İxtisas Uşaq kardioloqu
Vəzifə Uşaq kardioloqu
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
T.e.n. Dr. Üzeyir Rəhimov
İxtisas İnvaziv kardiologiya uzmanı
Vəzifə Kardiologiya şöbəsinin müdiri
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Prof. Dr. Fatih Sinan Ertaş
İxtisas İnvaziv kardiologiya professoru
Vəzifə Kardioloji direktor
Xəstəxana BMP Mərkəz
İş günləri