Bariatrik və Metabolik Cərrahiyyə

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Bariatrik və Metabolik Cərrahiyyə

Piylənmədən əziyyət çəkən xəstələrin kilo vermələrinə kömək olmaq məqsədi ilə qida qəbulunun və ya qəbul ounmuş qidaların sorulmasının  yaxudda hər ikisinin birdən azaldılması məqsədi ilə mədə-bağırsaq sisteminə  cərrahi müdaxilə olunmasına “bariatrik cərrahiyyə” və ya “artıq çəki cərrahiyyəsi” deyilir.

Bugün dünyada piylənmə və ona bağlı xəstəliklər getdikcə artmaqdadır. Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir.

Piylənmənin müalicəsində son illər cərrahi üsullar daha geniş vüsət və effekt almışdır. Bariatrik cərrahiyyə məhz bu əməliyyatları özündə əks etdirir.

Piylənmə müalicəsində pəhriz, idman, dərmanlar və başqa müalicə üsullarının istifadəsi zamanı əldə olunan effekt uzun müddətli daimi təsirli olması 5-8% arasında dəyişir. Bu üsullar bahalı olmasıyla yanaşı, nəticələri yetərsizdir. Ancaq son yüz ildə həyata keçirilən cərrahiyyə əməliyyatların çox uğurlu olduğu dəfələrlə öz təsqdini tapmışdır.

Müalicə Ortalama Çəki İtkisi (%-lə) Artıq çəkilərdən 5 ildə azad olma
Placebo 4-6% 0%
Dieta, idman 8-12% 1.6% (10 il)
Dərmanlar <10% 10%
Cərrahi 65-85% 100% və daha çox

Köklüyün əməliyyatla müalicəsi yeni bir üsul deyildir. Son yüz ilin başlanğıcından bu günə qədər fərqli üsullarla əməliyyatlar edilərək köklüyü müalicə etməyə çalışmışlar. Lakin 1990-cu illər bu sahə üzrə çoxluq təşkil edib. Buna səbəb laporoskopik üsulla əməliyyatların geniş yayılmasıdır. Bu da, çox kök insanların əməliyyatlarının daha asan və ağrısız olmasına kömək edir. Bu zaman əməliyyatlar sonuncu seçim olmalıdır. Xəstələr bu barədə xəbərdar olmalı və mümkün qədər erkən müddətdə mərkəzdən faydalanmalıdırlar. Xəstələr cərrahiyyədən başqa, yerdə qalan bütün üsullardan istifadə edib, son çarə olaraq klinikamıza müraciət edirlər. Məqsədimiz xəstəyə bir bütün halında ümumi və tam məlumat verməkdir.

Ən genişyayılmış Bariatrik əməliyyatlar bunlardır:

Mədəkiçiltmə-Sleeve Gastrectomy
Gastric-bypass
Mini Gastric-Bypass
Duoedonal-switch

Piylənmənin cərrahi müalicəsində mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əməliyyatı (Sleeve Gastrectomy) daha çox icra olunur.

Bariatrik cərrahi əməliyyatlar laparoskopik təcrübə tələb edən vacib əməliyyatlardır. Əməliyyatdan sonrakı dövrdə xəstənin təqibi, nəzarəti və qidalanması çox önəmlidir. Həmçinin bu əməliyyatlardan sonra idmanla məşğul olmaq və həyat tərzini dəyişərək, yeni bir həyata başlamaq üçün qazanılmış şansı dəyərləndirmək məsləhət görülür.

Qısacası piylənmə – artıq cərrahi olaraq müalicə edilə bilən bir xəstəlikdir.

Prof. Dr. Mojtaba Hashemzadeh
İxtisas Bariatrik və Estetik Cərrah
Vəzifə Bariatrik və Estetik Cərrah
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə