Endokrinologiya

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Endokrinologiya

Endokrinologiya əsasən qalxanabənzər vəz, böyrəküstü vəz və yumurtalıqlar üzərində müalicə və cərrahi əməliyyatları əhatə edir. Klinikamızda qalxanabənzər vəz (Zob) xəstəliklərində  müalicə seçimi (əməliyyat, konservativ) cərrah, radioloq, endekrinoloq ve patoloqdan ibarət olan konsilium tərəfindən qəbul olunur.

Müxtəlif endokrin xəstəliklərin diaqnostikasında yüksək spektrli laborator və müasir instrumental müayinə üsullarından istifadə olunur. (USM, KT, MRT, Rentgen).

Endokrin pozğunluqların müalicəsi, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, metabolik sindrom, şəkərli diabetin fəsadları, (mikro-makroangiopatiya, polineyropatiya) qalxanabənzər vəzinin funksiyası, aktiv nəzarət, effektli müalicə üsulunun seçilməsi və hər bir xəstəyə fərdi yanaşma həkimlərimizin qarşısına qoyulan ən əsas məqsədlərdəndir.

Endikrinologiya bölümündə müalicə olunan xəstəliklər:

• Karbohidrat metabolizmin pozuntuları 
• Şəkərli diabet xəstəliyi 
• Hipoqlikemiya (qanda şəkərin azalması) 
• Qalxanabənzər vəz xəstəlikləri: hipertiroid, hipotiroid, tiroid bəd xassəli şişləri
• Cinsi hormonlarla bağlı xəstəliklər 
• Hirsutizm 
• Aybaşı pozuntuları 
• Sonsuzluq 
• İmpotensiya 
• Kalsi-fosfor və sümük metabolizmin xəstəlikləri 
• Osteoporoz 
• D vitamini çatışmazlığı 
• Paratiroid xəstəlikləri 
• Piylənmə 
• Xolesterol və digər yağ metabolizmi xəstəlikləri 
• Böyrəküstü vəzin xəstəlikləri 
• Böyrəküstü çatışmazlıq 
• Kuşinq sindromu 
• Feoxromositoma 
• Hiperaldosteronizm 
• Hipofiz xəstəlikləri 
• Hipofiz çatışmazlığı, prolaktinin artması 
• Akromeqaliya 
• Qeyri şəkərli diabet 
• Hipofiz adenomaları 
• Endikrinoloji səbəblərlə bağlı hipertenziya 
• Diabetik xəstələrin maarifləndirilməsi

Dr. Hidayət Məmmədzadə
İxtisas Endokrinoloq
Vəzifə Endokrinoloq, Endokrinologiya şöbəsinin müdiri
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə
Dr. İradə Oruclu
İxtisas Endokrinoloq
Vəzifə Endokrinoloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə