Süni mayalandırma

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Süni mayalandırma

Süni mayalanma yumurtalıqların stimulyasiyasından sonra yumurta hüceyrələrinin cərrahi yolla toplanması, laboratoriya şəraitində sperm ilə bir yerə gətirilməsi və mayalanmadan sonra əldə edilən embrionların ananın uşaqlığına yerləşdirilməsindən ibarət olan köməkçi çoxalma üsuludur.

 

SÜNI MAYALANMA

Aşılama (İnsemination)
Süni mayalanma
İVF (invitro fertilizasyon)
İCSİ (İntrasitoplazmik injeksiyon)
Embrioskopiya
Lazer Embrio biopsi
Embrio dondurulmasi
Genetik laboratoriyası
PGD 
Cinsiyyət təyini
 

QADIN SONSUZLUĞUNUN MÜALICƏSI

Hormon və qan analizləri
USM (ultrasəs müayinəsi)
HSG (histerosalfinqoqrafiya)
Histeroskopiya
Laparoskopiya
Aşılama (İnsemination)
Süni mayalanma (İVF və İCSİ)
Harmony Test
Hamiləlik izlənməsi
Genetik

ANDROLOGIYA KIŞI SONSUZLUĞUNUN MÜALICƏSI


Spermoqramma Analizi
* Yuyulması ( MikroÇİP)
* Sperma DNT testi 
* Dondurulması
USM (Skrotal Doppler) - VARİKOSEL
Hormon və Genetik xəstəliklərin analizi
Tesisdən sperma aparılması 
*MikroTESE

MULTİFOLLİKULYAR İNKİŞAF (Birdən artıq yumurtanın yumurtalıqda yetişməsi)

Normal menstrual sikldə və şəraitdə qadında hər ay bir yumurtanın yetişməsindən sonra bir follikul inkişaf edir va atılır, bu da ovulyasiya olaraq bilinir. Embrion köçürülmə proseduru zamanı ana olmaq istəyən qadına verilən dərmanların təsiri ilə (superovulyasiya ilə) eyni zamanda birdən artıq follikulun inkişafı təmin edilir. Inkişaf edən birdən artıq follikullar, sonradan embriona çevrilən bir çox yumurta toplanıb uşaqlığa köçürülərək embrionların sayı artırılır və süni mayalanma yolu ilə embrion köçürülməsinin müvəffəqiyyət şansı artırılır. Müalicə mərhələləri bir çox dərmanların istifadəsindən ibarətdir.Superovulyasiya, yəni kontrollu olaraq yumurtalıqların daha çox stimulyasiyası, bir çox hormonal dərmanların müxtəlif kombinasiyalarda istifadəsi ilə alınır.

Dərmanlardan müalicə mərhələlərinin bir hissəsi olaraq gündəlik inyeksiyalar şəklində istifadə olunur.Müalicə mərhələlərində istifadə olunan dərmanlar və onların istifadə qaydaları müalicə sxeminə uyğun olaraq həkimlər və bu sahədə ixtisaslaşmış tibb bacıları tərəfindən təfsilatı ilə izah olunur.

Bu dərmanlarla müalicə aybaşının ilk günlərindən başlayır və müalicənin təsiri müəyyən fasilələrlə olunan transvaginal ultrasəs müayinələri və qan testləri ilə təqib edilir. Bu testlərə uyğun dərman dozası müəyyənləşdirmək məqsədilə inkişaf edən folli-kulların böyüməsi dəyərləndirilir. Follikullar uyğun yetişkənliyə çatdıqda (əsasən yumurtalıqların stimulyasiyasından təxminən 8-10 gün sonra) oositlərin yetişməsindəki son mərhələni sürətləndirmək üçün tək doza HCG (human chorionik gonodotropin) və ya Decapeptyd ampul istifadə olunur.

Sonrakı 34-36 saat müddətində folikullar  transvaginal ultrasəs cihazın müşayiəti ilə aspirasiya edilərək toplalır.

 

OOSiT (YUMURTA) TOPLANMASI

Yumurtaların toplanma vaxtı HCG vurulan saatdan asılıdır. HCG təbii yolla alınır və LH-nin (lüteinizə hormon) yüksəlməsini təmin etmək üçün istifadə olunur. HCG inyeksiyasından sonra təxminən 34-36 saatdan sonra sadə bir anesteziya altında yumurtalar transvaginal ultrasəs müayinə metodu ilə follikullardan bir iynə vasitəsilə toplanır.

Follikullarda yetişən yumurtaların olduğu maye çəkilir və dərhal laboratoriyada olan embrioloqa verilir.

Bu mayedə olan bütün yumurtalar embrioloqlarımız tərəfindən xüsusi mühit (medium) içində toplanır və qadının həyat yoldaşının spermi ilə birlikdə inkubasiya edilir.

Prosedurdan sonra qadına ən azı 30 dəqiqəlik  istirahət zəruridir. Bu prosedur ümumiyyətlə ağrısız bir şəraitdə aparılır.Müalicənin bundan sonrakı mərhələləri haqqında qadınlara geniş məlumat verilir.

 

SPERM ANALİZİ NECƏ EDİLİR?

Qadının yumurtalarının toplandığı prosedur günü kişi də sperm analizi verməlidir. O səbəbdən verilən spermin yetərli olub-olmadığı haqqında məlumat almalıdır. Masturbasiya yolu ilə xüsusi bir otaqda verilən sperm nümunəsi laboratoriyada müəyyən bir hazırlanma-canlandırma prosedurasından keçirilir və keyfiyyətli spermatozoidlər seçilmiş olur.  Sperm nümunəsini verməzdən əvvəl ən azı 2, ən çoxu 5 gün-lük cinsi pəhriz olmalıdır. Test üçün gəldikdə xüsusi bir otaqda masturbasiya yolu ilə əldə edilən sperm nümunəsi xüsusi qaba boşaldılır və dərhal laboratoriyaya çatdırılır.

 

KİŞİ SONSUZLUĞUN MÜALİCƏSI

MESA zamanı mikrocərrahi yolla bilavasitə epididimdən aspirasiya ilə sperm alınır, mayalanmanın və embrion köçürülməsinin olması üçün digər süni mayalanma müalicələrində olduğu kimi yoldaşınızın yumurtaları ilə bir yerə gətirilir. TESE - bu üsul testisdən, sperm axınında qeyri cərrahi yolla məlum olmayan bir problemi olan kişini müalicə etmək məqsədilə yaradılmışdır.

 

SİKLUS LƏĞVİ

Əgər, qadının həyat yoldaşı yumurta toplama mərhələsinə qədər çata bilməzsə, xüsusilə qadının dərmanlara qarşı reaksiyası qənaətbəxş deyilsə, ultrasəs və qan testləri məhdud follikul inkişafını göstərirsə, müalicə mərhələlərinin ləğvinə qərar verilə bilər. Bu hal xəstəyə bir daha uyğun müalicə əsasında daha çox yumurta əldə etməyə imkan verir.

EMBRİON KÖÇÜRULMƏSİNDƏN SONRA

Embrion köçürülməsindən sonra progesteron və ya HCG qəbulunun davam edilməsi haqqında geniş məlumat verilir. Bu dərmanların qəbulu aybaşının ikinci yarısında uşaqlığı dəstəkləməyə kömək edir. Embrion köçürülmə vaxtından on iki gün sonra hamiləlik testi qoyulur . Əgər qadın hamilədirsə, hamiləliyinin təsdiqi üçün təxminən 2 həftə sonra ultrasəs müayinəsi aparılır.

 

HAMİLƏLİK TƏQİBİ

Hamilə qaldıqdan sonra qadın hamiləlik zamanı təqib olunur. Süni mayalanma nəticəsində doğulan  uşaqlarda anadangəlmə anomaliya riski adi hamiləlikdə olduğu qədərdir. 35 yaşdan yuxarı bütün ana olmaq istəyən qadınlarda, amniosintezdən sonra genetik konsultasiya təkidlə məsləhət görülür. Bununla yanaşı, genetik anomaliyalar hər yaşda ola bilər. Hər ailə öz həkimi ilə genetik testlərin riskləri və faydaları haqqında müzakirə etməlidir.

 

DİGƏR PROBLEMLƏR

Müalicə mərhələlərinin nəticələrinə təsir edə biləcək müxtəlif faktorlar vardır. Bəzən toplanan yumurtalar mayalanma üçün ya çox yetişkən, ya da yetişkən olmayandır və yaxud yumurta mayalanmaya da bilər. Həmçinin embrion uyğun olaraq inkişaf etməyə bilər. Bəzən görünüşdə sağlam olan embrionlar, uşaqlığa köçürüldükdən sonra qəbul edilməyə bilər və ya bu embrionlar uşaqlığın xaricinə yapışaraq canlı olmayan uşaqlıqdan xaric bir hamiləliklə nəticələnə bilər.  Bu problemlərdən heç biri əvvəlcədən məlum olmur və verilən hər siklusdakı müvəffəqiyyət şansınızın dəyişə biləcəyini bilməlisiniz. Elmi tədqiqatlar göstərmişdir ki, hər ay təbii cinsi əlaqədən sonra hamilə qalma şansı 20-25% arasın-dadır. Süni mayalanma proqramının müvəffəqiyyət şansı təbii yolla hamilə qalma şansından çoxdur. Lakin hamilə qalmaq şansı xəstənin yaşından asılı ola bilər.

 

EMBRİONUN DONDURULMASI

Embrionun köçürülməsindən sonra artıq qalan em-brionlar, köçürülən embrionlar kimi keyfiyyətlidirsə dondurulur və saxlanılır. Embrionlar germetik 196°C maye azotun içərisində olan bir balonda 3-4 ilərzində saxlanıla bilər. Süni mayalanma ilk dəfədən baş tutmadıqda, ikinci dəfə xəstə xəstəxanaya müraciət etdikdən sonra əgər, dondurulmuş embrion varsa follikulların yetişməsi və yumurta toplama mərhələləri lazım olmur. Bu, o deməkdir ki, qadın yorucu və uzun müddətli prosedurlardan azad olur.

OOSİTLƏRİN (YUMURTA HÜCEYRƏLƏRİN) DONDURULMASI

Mama-Ginekologiya Şöbəsində embrionların dondurulması ilə yanaşı artıq oositlərin (yumurta hüceyrələrin) dondurulmasını da icra edilir.Yumurta hüceyrələrin dondurularaq saxlanılması prosesinin məqsədi gələcəkdə qadına hamilə qalmaq imkanını yaratmaqdır (EKM vasitəsilə).Yumurta hüceyrələrinin dondurulması hansı hallarda aparılır?

Tibbi göstərişlər:

·         Yumurtalıq rezervi zəifdirsə yumurta hüceyrəsi fondu yaradılır;

·         Yumurta toplama zamanı qadının həyat yoldaşı sperm təhvil  verə bilmirsə

·         Endometriozun ağır formalarında;

·         Erkən menopauza riski olarsa;

·         Qadında autoimmun və onkoloji xəstəlik varsa.

Qeyri-tibbi göstərişlər:

·         Qadın 30 - 41 yaşlar arası sosial problemlərlə bağlı hamilə qala bilmirsə

Tibbi proses necə aparılır?

  • Xüsusi dərmanların tətbiqi ilə qadınlarda yumurtalıqların kontrollu iperstimulyasiyası aparılır, müalicə 12-14 gün davam edir.
  • Vena daxili anesteziya altında uşaqlıq yolu vasitəsilə yumurta hüceyrələrinin toplanması icra edilir,  prosesdən 1 saat sonra qadın xəstəxananı tərk edə bilər.
  • Yumurta hüceyrələrin dondurulması embrioloji laboratoriyada xüsusi  vitrifikasiya üsulu ilə aparılır. Oositlər 5 ildən çox saxlana bilər.

 

SUNİ MAYALANMA (İVF –in Vitro Fertilization)

Klassik Süni Mayalanma metodunda (İVF –in Vitro Fertilization) yumurta hüceyrəsinin ətrafına bəlli sayda sperma qoyularaq təbii yolla mayalanmanın baş verməsi gözlənir.Bu metod əsasən qadın sonsuzluğu halında istifadə olunur.

 

İNTRASİTOPLAZMATİK SPERM İNYEKSİYASI (Mikroinyeksiya - ICSI)

Mikroinyeksiya - sperm hüceyrələrinin yumurtanı mayalandıra bilmədiyi və ya laboratoriyada icra edilən mayalanma üçün yetərli spermin olmadığı hallarda (kişi sonsuzluğunda) istifadə edilən müasir bir metoddur. İntrasitoplazmatik Sperm İnyeksiyası, başqa bir sözlə ICSI, embrioloqlar tərəfindən spermin şəkil və hərəkətinə (morfologiyasına) baxılaraq seçilən tək bir spermatozoidin yumurtanın mərkəzinə inyeksiya edilməsidir. Bu faktor kişi sonsuzluğunun müalicəsində və daha əvvəlki IVF zamanı mayalanmada müvəffəqiyyətsizliklə qarşılaşan ailələr üçün köməkçi çoxalma üsuludur.

 

Embrion zərinin incəldilməsi  (ASSISTED HATCHING )

 

Embrioloq tərəfindən həyata keçirilən bu üsul yumurtanın xarici qatına (zona pellicida) mikroskop altında lazer ilə bir pəncərə açılmasıdır. Bu prosedur bölünmüş embrionun uşaqlıq divarına yerləşdirilməsindən əvvəl çıxmasına şərait yaradır. Assisted hatching hamiləlik şansının (implantasiyanın) artması üçün aparılan bir mikromanipulyasiya metodudur.

 

EMBRİONLARIN SAXLANILMASI

Embrion “İnkubator” adlı cihazda saxlanılır.Bu cihazda istilik və PH insan bədəni-nə uyğun şəkildə tənzimlənir.Hər cütlüyün embrionları inkubatorlarda ayrı xanalarda saxlanılır.

 

EMBRİON KÖÇÜRÜLMƏSİ

Embrionlar nazik bir kateterlə uşaqlığın boynundan girilərək uşaqlığın içinə yerləşdirilir.Bu sadə prosedurada anesteziya lazım olmadığı halda, bəzi xanımlar aybaşı sancılarına bənzər uşaqlıq ağrıları ilə rastlaşa bilərlər. Xəstəxanada yarım saatlıq istirahətdən sonra qadınlar evə göndərilir.

 

PGD nədir?

Preimplantasiya genetik diaqnozu - embrion hüceyrələrinin xüsusi molekulyar-bioloji testləndirilməsidir.Bu müayinə embrionların uşaqlığın içinə yerləşdirilməsindən öncə aparılır. PGD vasitəsilə 150-də çox genetik xəstəliklər aşkar etmək mümkündür. Preimplantasiya genetik skrininqinin aparılması pasiyentlərin müalicə prosedurunu dəyişdirmir çünki bütün əlavə manipulyasiyalar embrioloji laboratoriya şəraitində həyata keçirilir. Lakin PGD –ni aparmaq üçün çox embrion sayı lazım olduğundan qadın yumurtalıqlarının stimulyasıyası daha fəal aparılır.

PGD-nin məqsədləri:

·         Genetik anomaliyalı uşaqların doğulma riskinin azalması;

·         Düşüklər riskini azaltmaq;

·         Anormal kariotipə malik olan embrionları seçmək, beləliklə dondurulması üçün ən yaxşı embrionları müəyyən etmək;

·         Əvvəlki EKM cəhdlərində implantasiya uğursuzluqlarının səbəblərini öyrənmək;

·         HLA-tipləmənin aparılması, gələcək uşağın xəstə qardaş və bacısı üçün donor kimi seçilməsi imkanını yaradır;

·         Cinsiyyətlə bağlı genetik xəstəliklərin müəyyən edilməsi üçün embrionların cinsiyyətinin müəyyənləşdirilməsi;

·         Rezus uyğunsuzluğundan yaranan hemolitik xəstəliyi uşaqda istisna etmək üçün embrionların rezus mənsubiyyətini müəyyənləşdirmək.

Hansı xəstəlikləri PGD yolu ilə embrionlarda müyyən etmək olar?

·         Daun, Edvard, Alfred sindromlar

·         Hemofiliya

·         Mukovissidoz

·         Fenilketonuriya

·         Fankoni anemiyası

·         Hentinqton xəstəliyi

·         Miodistrofiya

·         Retinoblastoma

·         Miopatiya

·         Axondroplaziya

·         Bir çox digər genetik xəstəliklər