Dermatologiya və kosmetologiya

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Dermatologiya və kosmetologiya

BMP-nin Dermatologiya bölməsinin həkimləri bütün növ dəri xəstəliklərinin müayinə və müalicəsini həyata keçirirlər.

• Psoriaz (hormonal preparatlardan istifadə etmədən müasir yüksək effektli dərman və fizioterapevtik müalicə);
• Virus mənşəli xəstəliklər (adi herpes və onkoviruslar daxil olmaqla)
• Ekzema
• Dermatozlar
• Dermatitlər (allergik, atopik, kontakt)
• Eksudativ diatez 
• Frunkulyoz 
• Dərinin, dırnaqların və saç dibinin göbələk xəstəlikləri
• Dərinin mikozu və kandida mikozu
• Qasıq və ayaq barmaqarası epidermofitiyası
• Əlvan dəmirov
• Seboreya, akne (sızanaqları), dəri yağlanması 
• Övrə
• Toksikodermiya
• Kəmərləyici dəmirov
• Çəhrayi dəmirov 
• Allopesiya (saç tökülməsi)
• Dərinin irinli xəstəlikləri 
• Dərinin və başın tüklü hissəsinin parazitar xəstəlikləri 
• Ziyil və döymələr 
• Papillomaların, kondilomaların demodeks, kontaqioz moluskların ləğv edilməsi 
• Dərinin zoonoz infeksiyaları
• Dərinin piqment dəyişiklikləri (hamiləlik, günəş)
• Dərinin xoş xassəli və bəd xassəli törəmələri
• Dərinin virus xəstəlikləri
• Müxtəlif dermatoloji xəstəliklərin müalicəsi 

Kosmetoloji müayinələr:
Kontur plastikası (üzün cərrahi əməliyyatsız korreksiyası)
Mimik qırışların açılması(botoks, disport) 

Müalicə üsulları:
1. Dəri yama testləri (kontakt dermatitlərdə);
2. İntralezional (səpgidaxili) inyeksiyalar;
3. Elektrokoaqulyasiya;
4. Paterji testləri (Behçet xəstəliyi);
5. Dəri və toxumalarda Punch’ biopsiyalar.

Cinsi yolla yayılan müxtəlif dəri xəstəliklərinin müalicəsini həkim-veneroloqlar həyata keçirir.

Hər bir müalicə üsulu xəstənin yaşından, xəstəliyin etiologiya və klinikasından asılı olaraq individual şəkildə seçilir. 
Bizim klinikamızda müalicənin yüksək nəticələri müasir tibbi preparatlar və texnologiyalar əsasında əldə edilir.
Təkmilləşmiş laboratoriyada müxtəlif növ analizlər, diaqnostik müayinələr (immunoloji, mikrobioloji, biokimyəvi, patohistoloji və s.) aparılır.

Dermatologiya şöbəsində xəstələrə ciddi sanitar-gigiyenik qaydalar əsasında və tam anonim şəraitdə xidmət göstərilir.

Dr. Ədalət Əsgərov
İxtisas Həkim dermatoveneroloq
Vəzifə Həkim dermatoveneroloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə
Uzm. Dr. Lalə Mehdi
İxtisas Dermatovenerologiya, kosmetologiya
Vəzifə Uzman dermatoveneroloq, kosmetoloq
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə
Dr. Nigar Hüseynova
İxtisas Dermatoveneroloq
Vəzifə Dermatoveneroloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə