Pediatriya poliklinikası

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Pediatriya poliklinikası

Pediatriya Poliklinikasında çalışan xarici ölkələrdə böyük nailiyyətlər əldə etmiş uzman Pediatr-neanotoloqlar uşaqlarınızın qayğısındadırlar.

Poliklinikamızdakı gözləmə salonu, Həkim otaqları və uşaq oyun otağı uşaqların özlərini rahat və güvəndə hiss edə biləcəkləri şəkildə dizayn edilmişdir. 

Tibbi personalımız uşaq psixologiyasına əsaslanaraq uşaqlarınıza fərdi davranacaqlar.

Gülərüz tibbi personalımız tərəfindən xəstələrimizə hər zaman yüksək səviyyədə xidmət göstərilir.

Anaların körpələrini rahat əmizdirməsi üçün poliklinikamızda xüsusi bir otaq ayrilib, eyni zamanda uşaqların bezlərini dəyişdirilməsi üçün bələk masaları yerləşdirilib.

Körpələrinizdən qan analizi almaq üçün poliklinikamızda xidmət verən qanalma otağı və bu iş üçün yetişdirilmiş xüsusi bir tibb bacısı fəaliyyət göstərir.

Həkimlərimiz sağlam uşaq nəzarəti, vaxtında peyvənd və lazımlı  müayinələrlə bərabər xəstə  uşaqların müayinə və müalicəsini də həyata keçirir.

Poliklinikamızda körpələrinizin sağlamlığı üçün mühüm olan topuq testi (yenidoğulmuşların metabolik xəstəliklərinin skrininqi) alınır və nəticələri haqqında uşağın ailəsinə məlumat verilir.

Poliklinik xidmət randevu əsasında verilir.

Uzm. Dr. Emiliya Əfəndiyeva
İxtisas Pediatr-neonatoloq
Vəzifə Pediatr-neonatoloq
Xəstəxana BMP Medilux
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Dr. Nabat Ağayeva
İxtisas Uşaq Endokrinoloqu
Vəzifə Uşaq Endokrinoloqu
Xəstəxana BMP Medilux
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Dr. Zabitə Abbasova
İxtisas Pediatr
Vəzifə Pediatr
Xəstəxana BMP Medilux
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə