Ürək-damar cərrahiyyəsi

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Ürək-damar cərrahiyyəsi

Ürək-damar xəstəlikləri bu başlıqlar kimi təsnif edilə bilər.

* Ürəyin işemik xəstəliyi
* Qazanılmış ürək qüsurları
* Anadangəlmə ürək qüsurları  
* Aorta və digər arteriyaların xəstəlikləri
 

ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ

Ürəyin işemik xəstəliyi, ən çox rast gəlinən ürək xəstəliyidir. Ürəyi qidalandıran tac damarlardakı daralma və tıxanmalarla özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Son 25 ildə koronar ürək xəstəliklərində görülən bu sürətli artımın əsas səbəbləri bunlardır:

*Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı yeməklər yerinə bol yağlı yemək növlərinin seçilməsi)
*Sürətli şəhərləşmənin və texnologiyanın gətirdiyi fiziki hərəkətsizlik və stress
*Artan siqaret alışqanlığı.

Ürəyin tac damarlarındakı daralma və tıxanmalar aorto-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır.

AORTO-KORONAR ŞUNTLANMA ƏMƏLİYYATI
Ürəyi qidalandıran damarlardakı daralmanın müalicəsi məqsədi ilə, ürəkdən çıxan ana arteriya (aorta) və ürəyin öz damarlarındakı (tac arteriyalar) daralma yerindən daha aşağı hissəsi arasında damar körpüləri yaratma əməliyyatına “aorto-koronar şuntlanma əməliyyatı” adı verilir. Bu əməliyyat adətən “açıq ürək əməliyyatının” aparılmasını tələb edir. Bu zaman ürək və ağciyərlər tamamilə dayandırılaraq ürəyin üzərində daha rahat iş imkanı yaradılır. Bu əsnada beyin və digər orqanların qan və oksigen ehtiyacı bədən xaricində olan süni “ürək-ağciyər” cihazı vasitəsi ilə təmin edilir.

QAZANILMIŞ ÜRƏK QÜSURLARI
Qazanılmış ürək qüsurları anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir. Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir.

ÜRƏK QAPAĞI XƏSTƏLİYİ
Ürək içində olan və qanın axış istiqamətini təyin edən 4 qapaq mövcuddur. Zamanla və müxtəlif səbəblərə görə (revmatizm, yaşa bağlı kirəcləşmə, infeksiyalar nəticəsində zədələnmə) qapaqların funksiyası pozulur. Qapaqlarda daralmalar və ya çatışmazlıqlar əmələ gəlir. Ən çox zədələnən aortal və mitral qapaqlardır. Belə hallarda funkisyasını icra edə bilməyən qapaqlar çıxarılır və “süni ürək qapağı” ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qan durulducu dərman istifadəsini tələb edir. Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il) ancaq qan durulducu dərman istifadəsi tələb etmir. Bu əməliyyat da şuntlama əməliyyatında olduğu kimi açıq ürək əməliyyatı tələb edir.

ANADANGƏLMƏ ÜRƏK QÜSURLARI
Bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır. Bu pozğunluqlar, ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmamazlığa səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf pozğunluqları və ya yuxarıda saydığımız qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf pozğunluqları şəklində ola bilər.
Xalq arasında "ürəyi dəlik uşaq" olaraq bilinən anadangəlmə ürək xəstəliklərinin yüzlərlə müxtəlif forması vardır. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta dərəcədə, bəziləri isə çox ağır və mürəkkəb ola bilər. Bu qüsurlar da açıq ürək əməliyyatlarıyla aradan qaldırılır.

AORTA VƏ DİGƏR ARTERİYALARIN XƏSTƏLİKLƏRİ
Arteriyalar ürəkdən çıxan təmiz qanı orqanlara çatdırmaq kimi vacib funksiyanı yerinə yetirdiklərinə görə, onlarda baş verən dəyişiklik və ya zədələnmə, orqanların uzunmüddətli “işemiyasına” (oksigensiz qalmasına) və bunun nəticəsində orqanların həyati qabiliyyətini itirməsinə səbəb olur. Aorta və digər arteriyaların xəstəliyi anadangəlmə və ya qazanılmış ola bilər.

AORTA ANEVRİZMASI
Ürəkdən çıxan ən böyük damar olan aortanın, uzun müddət yüksək təzyiqə məruz qalması nəticəsində daxili divarından başlayaraq soyulmasına “aorta diseksiyası” və bunun nəticəsində aorta divarında əmələ gələn “torba” şəklindəki törəməyə “anevrizma” adı verilir. Anevrizmanın diametri 5,5 - 6 sm çatdıqda “yırtılma” riski olduqca yüksəkdir. Anevrizmanın yırtılması isə son dərəcə həyati təhlükə daşıyan bir vəziyyətdir. Aorta damarındakı anevrizmanın yerinə görə, kliniki şəkil fərqli olur. Xəstəyə dərhal düzgün diaqnoz qoyulub, təcili əməliyyat aparılmalı və anevrizmalı aorta, süni damar protezi ilə əvəz olunmalıdır.

 

Uzm. Dr. Özgür Kocamaz
İxtisas Ürək-damar cərrahı, fleboloq
Vəzifə Ürək-damar cərrahı, fleboloq
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə