Ortopediya və Travmatologiya

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Ortopediya və Travmatologiya

Travmatologiya və Ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində bəlkə də ən sürətli irəliləyən, dəyişən, hətta əhatəsini genişləndirən tibbi sahədir. BMP Klinikasının Ortopediya və Travmatologiya bölümü dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə xidmətinizdədir.

Ümumi diaqnostika

  • MRT (maqnit rezonans tomografiyası)
  • KT (kompüter tomografiyası)
  • Sintiqrafiya (sümük şişlərində metastazların dəyərləndirilməsi)
  • Densitometriya (sümüklərdə osteoparozun dəyərləndirilməsi)
  • Rentgen müayinə

Artroskopik diaqnostika və cərrahi əməliyyatlar

  • Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması)
  • Artroskopik menisk yırtıqların bərpası
  • Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması və bağların təmiri
  • Artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi
  • Topuq və dirsək oynaqlarının artroskopiyası
  • Ağır və fəsadlaşmış sınıqların qapalı-malinvaziv və açıq üsullarla cərrahi müalicəsi
  • Metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) üsulları
  • Osteoporozun (sümük kütləsinin azalması) diaqnostika və müalicəsi
  • Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi
  • Oynaqların (bud-çanaq, diz, çiyin, dirsək) endoprotezlərlə (süni oynaqlarla) əvəz edilməsi
  • Vertebral cərrahiyə (fəqərə sınıqları, skalioz və kifozların cərrahi müalicəsi)
  • Əl cərrahiyyəsi
  • Bərpaedici vətər və sinir əməliyyatları
  • Ətraflarda kəsilmiş hissələrin bərpası
  • Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması
  • Sümüklərin uzadılması əməliyyatları
  • Uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının konservativ və cərrahi üsullarla müalicəsi
  • Ətraflarda deformasiya və qüsurların cərrahi müalicəsi
Uzm. Dr. Vüsal İsmayılov
İxtisas Ortoped-travmatoloq
Vəzifə Ortoped-travmatoloq
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Uzm. Dr. Vüsal Mahmudov
İxtisas Ortopediya və travmatologiya uzmanı
Vəzifə Uzman cərrah ortoped travmatoloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə