Terapiya

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Terapiya

Orqanizmdə olan hər hansı şikayətlərlə bağlı ilk növbədə həkim-terapevtə müraciət edilir. Həkim terapevt öz ixtisası üzrə olan xəstəlikləri müalicə edir, eyni zamanda müalicə zamanı effektli nəticə əldə etmək üçün xəstədən müxtəlif ixtisaslı konsultant həkimlərin laborator və instrumental müayinələrindən keçməsini tələb edir. Terapevt həkim xəstəni müxtəlif ixtisaslı mütəxəssislərin (cərrah, otolarinqoloq, oftalmoloq, uroloq, proktoloq və s.) müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq, nəticədə müalicə üsulunu özü müəyyənləşdirir.

BMP-nin terapiya şöbəsində müxtəlif terapevtik xəstəliklərin diaqnostika və müalicəsi aparılır. Həmçinin Klinikamızda müxtəlif formalı piylənmələr və onların səbəblərini aşkarlamaq üçün individual müalicə üsullarından da istifadə edilir.
Reabilitasiya proqramının əsasını müalicəvi bədən tərbiyəsi, diyetik qidalanma, müalicəvi masaj, effektiv terapevtik müalicə, fizioterapevtik kompleks prosedurlar, əgər ehtiyac olarsa, dərman müalicəsi də tətbiq olunur. 
BMP Terapiya şöbəsinin peşəkar həkimləri müasir diaqnostika üsulu və yeni müalicə metodları ilə müxtəlif profilli xəstəliklərə yüksək dəqiqliklə diaqnoz qoyurlar.
 

Əsas terapevtik müayinələr:
1. Terapevtin müayinəsi:
- xəstəliyə görə
- profilaktik
- dispanser
2. Ambulator, ev, stasionar şəraitdə konsultasiya verilməsi və müalicənin aparılması 
3. Ümumi diaqnostik müayinələrin təyini 
4. Erkən mərhələdə xəstəliyin diaqnostikası və xəstənin mütəxəssislərə yönləndirilməsi
5. Xroniki patologiyalarda xəstələrə dinamik dispanser nəzarət 
6. Bütün növ vaksinasiyalar
7. Arayışların hazırlanması

Dr. Elxan Bəşirov
İxtisas Terapevt, anestezioloq-reanimatoloq
Vəzifə Terapevt, anestezioloq-reanimatoloq, Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Uzm. Dr. Natavan Məmmədova
İxtisas Daxili xəstəliklər uzmanı
Vəzifə Daxili xəstəliklər uzmanı
Xəstəxana BMP Mərkəz
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə