Qastroenterologiya

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Qastroenterologiya

Qastroenterologiya şöbəsində aşağıdakı xəstəliklərlə bağlı ambulator xidmətlərdən keçə bilərsiniz: qastrit, xora xəstəliyi (mədə xorası), disbakterioz, kron xəstəliyi, hepatit, xroniki xolesistit və s. 

Qastrit, hepatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, disbakterioz və həzm sisteminin digər xəstəliklərinin müalicəsində geniş spektrli müasir dərman preparatlarından, efferent terapiya üsullarından - plazmafarez, həmçinin fizioterapiya, masaj və müalicəvi bədən tərbiyəsi üsullarından da istifadə olunur.

 

Xəstələrə yeni tibbi metodlar əsasında və müasir texnologiya üsulları ilə xidmət göstəririk.

Əgər sizdə aşağıda sadalanan simptomlardan hər hansı biri müşahidə olunarsa, mütləq qastroenteroloqa müraciət etməlisiniz.
• Qarın və xəncərvari çıxıntı nahiyəsində ağrı 
• Mədədə qıcqırma
• Qidanın geri qayıtması
• Ürəkbulanma
• Qusma
• Ağızda acılıq
• Tez-tez gəyirmə
• Meteorizm 
• Stulun tezliyinin, konsistensiyasının, formasının dəyişməsi
• Patoloji axıntıların olması (selik, qan)
• Bağırsaqların stuldan sonra tam təmizlənməməsi hissiyyatın olması 
• İştahasızlıq
• Arıqlama

Yadda saxlayın ki, erkən diaqnostika və optimal müalicə xəstəliyin gedişatına öz mühüm təsirini göstərir və xəstəliyin ağır fəsadlarla nəticələnməsinə imkan vermir.
Sizin xidmətinizdədir:
• Həkimlərin yüksək kvalifikasiyası 
• Laborator ekspress diaqnostika 
• Müasir endoskopik avadanlıq 
• Anesteziyalı ağrısız qastroskopiya və kolonoskopiya müayinələrin aparılması
• Xora xəstəliyinin və xərçəngin yaranmasına səbəb olan Helikobakter-pilorinin “Qızıl standart müayinə üsulu ilə təyin olunması
• Rəqəmsal rentgen avadanlığı, KT və MRT 
• Endoskopiya 
• Ezofaqo-qastroduodenoskopiya 
• Rektoskopiya 
• Rektosiqmoidoskopiya 
• Kolonoskopiya, anoskopiya 
• Proktologiya 
• Terapevtik endoskopiya 
• ERXPQ (endoskopik retroqrad xolangio-pankreatoqrafiya) 
• Öd yollarındakı daşların çıxarılması 
• Öd yollarındakı darlıqların müalicəsi 
• Öd yolu fistulalarının müalicəsi 
• Mədəaltı vəzin endoskopik müalicəsi 
• Qida borusunun varikoz damarlarının sklerozlaşdırıcı müalicəsi 
• Mədə-bağırsaq sistemi qanaxmalarının müalicəsi 
• Mədə-bağırsaq sistemindən yad cisimlərin çıxarılması 
• Perkutan endoskopik qastroskopiya 
• Mədə-bağırsaq sistemindəki darlıqların balonla dilatasiyası 
• Mədə-bağırsaq sisteminin poliplərinin endoskopik yolla çıxarılması 
• Ultrasəs müayinə 
• Enteral/parenteral qidalanma 
• Qara ciyərin iynə ilə punksiyası 
Xəstələrin istifadəsinə qısa müddətdə yüksək keyfiyyəti təmin edən dispanser müayinə və xəstələrə nəzarət xidməti fəaliyyət göstərir

Dr. Fərid Məmmədov
İxtisas Pediatrik Qastroenteroloq, Hepatoloq
Vəzifə Pediatrik Qastroenteroloq, Hepatoloq və bəslənmə həkimi
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə