Neyrocərrahiyə

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Neyrocərrahiyə

Xəstəxanamızda 24 saat fəaliyyət göstərən: ixtisaslaşmış neyroreanimasiya, Kompyuter Tomoqrafiya, Maqnit Rezonans Tomoqrafiya, Angioqrafik labaratoriya, Neonatoloji reanimasiya, profesional travmatoloq, ümumi cərrah, kardioloq, trokal cərrah, kardio və damar cərrahı, üz – çənə cərrahı və profesional neyrocərrahlar tərəfindən bütün növ politravmalar, neyrotravmalar və təcili müdaxilə tələb olunan bütün neyrocərrahi əməliyyatlar icra olunmaqdadır. Xəstənamızın çox profilli olması, lazım olduğu anda digər profilli həkimlərin də müalicəyə müdaxilə etməsi müalicə effektini artırır və inkişaf etmiş ölkərin tibbi protokollarını istifadə etməyə imkan verir.

Spinal neyrocərrahiyə sahəsində instrumentasiyon texnika ilə fəqərələrin fiksasiyası, mikrocərrahi dekompressiya və hər hansı törəmənin xaric edilməsi, eyni zamanda spinal damar xəstəliklərində endovaskulyar və mikroskopik əməliyyatlar hal-hazırda bizim klinikada aparılmaqdadır.

Klinikamızda Periferik sinir sistemi cərrahiyəsində icra olunan nevroliz, Blok sindromlarında kələflərin açılması, Periferik sinir sistemi şişlərinin mikrocərrahi xaric edilməsi əməliyyatları aparılır.

Pediatrik neyrocərrahiyədə inkişaf etmiş ölkərdə olduğu kimi müasir pediatrik şöbə, neonataloji neyroreanimasiya, pediatrik neyrocərrahiyyədə istifadə olunan minimal invaziv metodikalar endoskopik hidrosefaliya, sistostomiya əməliyyatları hal-hazırda Azərbaycanda yalnız bizdə aparılır.

Funksional neyrocərrahiyyə sahəsində hal-hazırda Azərbaycanda yalnız epilepsiya cərrahiyyəsi icra edilməsi mümkündür. Epilepsiya cərrahiyyəsinin icra edilməsi üçün lazım olan bütün tibbi avadanlıqlar hal-hazırda klinikamızda mövcuddur.

Hal-hazırda Baku Medical Plazanın Neyrocərrahiyyə şöbəsində müasir beyin cərrahiyyəsi əməliyyatlarının əksəriyyəti icra edilir.

 

Aşağıda beyin cərrahiyyəsinin müxtəlif bölümləri göstərilmişdir.

·         Neytravmatalogiya və təcili neyrocərrahiyyə;

·         Neyroonkologiya;

·         Serebro – vaskulyar neyrocərrahiyyə;

·         Spinal neyrocərrahiyyə;

·         Periferik sinir cərrahiyyəsi;

·         Pediatrik neyrocərrahiyyə;

·         Funksional neyrocərrahiyyə;

Uzm. Dr. Tural Hidayətov
İxtisas Neyrocərrah
Vəzifə Neyrocərrah
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Uzm. Dr. Tural Rəhimli
İxtisas Neyrocərrah
Vəzifə Neyrocərrah
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə