Nevrologiya

İş saatları
  • Bazarertəsi - Cümə 09:00 - 18.00
  • Şənbə 09:00 - 18:00
Nevrologiya

Baku Medical Plaza-nın Nevralogiya şöbəsində  xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının, damar ensefalopatiyası, insult və radikulitlərdən sonrakı vəziyyətlərdə müalicəsi üçün Nevrologiya şöbəsi böyük təcrübə qazanmışdır. Şöbədə daima yeni effektiv müalicə üsulları və metodları geniş şəkildə tətbiq olunur.

Komfortlu şərait və yeni tibbi texnologiyalarla daim xəstələrə xidmət göstərməkdə davam edirik.

 

Epilepsiyanın bütün formalarının  dəqiq diaqnostikası - EEQ  və yuxu EEQ-si  ilə aparılır.

1. Nevroloji ambulator xidmət.
2. Klinikada yatan nevroloji xəstələrin  təqibi və müalicəsi.
3. Neyrofizioloji xidmət - Elektroensefaloqrafiya (EEQ, KT, MRT).
4. Bütün növ fizioterapevtik prosedurlar .

 

Nevrologiya şöbəsində müalicə olunan xəstəlikləri:

* Serebrovaskulyar xəstəliklər ( kəskin işemik insult, beyin qanamaları,vertebrobazilyar çatışmazlıq, beyin qan dövranının işemik tip pozğunluqları)

* Epilepsiya generalizə olunmuş və fokal tutmalar, epileptik status( uşaqlar və yeniyetmələrdə epilepsiya, epileptik paroksizmlər)

* Degenerativ xəstəliklər (Alzheimer, Pik, Vilson, vaskulyar mənşəli demensiyalar)

* Yan amiotrofik skleroz (ALS) və hərəkət pozğunluqları (Parkinson, distoniya, tik, essensial tremor, narahat ayaq sindromu, diskinezlər və s.)

* Baş ağrıları (Gərginlik, klaster, baş və ya boyun travması, qeyri-damar mənşəli patologiya, müxtəlif maddələrin istifadəsi və ya onların kəsilməsi, infeksiyalar, homeostaz pozulmaları, kəllə qapağı, boyun, gözlər, burun, sinuslar, dişlər, ağız və ya digər üz və kəllə hissələrinin patologiyası, psixi pozulmalar, temporal arterit nevrologiyalar ilə əlaqədar olan baş ağrıları).

* Neyropatiyalar (toksik, metabolik, Giyen-Barre sindromu, immun neyropatiyalar)

* Sinir-əzələ keçiriciliyi pozğunluqları (Miasteniya ,gravius)

* Başgicəllənmə (mərkəzi və periferik başgicəllənmə, pozisional, paroksizmal başgicəllənmə)

* Boyun və bel ağrılarının dəqiq diaqnozu və müasir müalicəsi

* Əzələ xəstəliklərinin (miopatiyalar) diaqnozu, müalicəsi və reabilitasiyası

* Yuxu pozğunluqları (insomniya, parasomniya, hipersomniya, yuxuda apnoe, narkolepsiya, katapleksiya)

* Tiklər, Enurez

* Hiperaktivlik, Diqqət zəifliyi sindromu

* Fərdi xidmət (Psixo analiz, Psixo terapiya)

* Xroniki yorğunluq sindromu

* Bütün növ Nevrozlar

* Reyno sindromu

Dr. Nərmin Hüseynova
İxtisas Nevroloq, EEQ və EMQ üzrə mütəxəssis
Vəzifə Nevroloq, EEQ və EMQ üzrə mütəxəssis
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
Dr. Yaqut Lətifova
İxtisas Nevropatoloq
Vəzifə Nevropatoloq
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə
PhD Dr. Yaqut Hüseynli
İxtisas Uşaq Nevroloqu
Vəzifə Uşaq Nevroloqu
Xəstəxana BMP Babək
İş günləri Bazar Ertəsi , Çərşənbə axşamı , Çərşənbə , Cümə axşamı , Cümə , Şənbə